Xalq artisti: \"İnsanlar zombiləşir\"

Xalq artisti: \
Xalq artisti Naibə Allahverdiyeva son günlər baş verən cinayət hadisələrinə reaksiya verib.
 
Sfera.az bildirir ki, aktrisa bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, baş verən qətllərə görə məyus olduğunu bildirib:

"Dünyamız get-gedə cəhənnəmə dönür, insanlar zombiləşir. Oğru elə qışqırır ki, doğrunun bağrı yarılır. Həyatda çox pozitiv insan olmuşam, baxmayaraq ki, həyatım çətinliklərlə dolu olub. Amma buna "qismətim belədir" deyib, dözmüşəm. Bəlkə də onda dərdimi bölüşəcək insanlar var idi. İndi dünyamızın bu hala gəlməsi məni pərişan edir. Qətl, zorakılıq, etibarsızlıq, şantaj... Allah biz insanlara mərhəmət bəxş etsin. Etinasızlıq...”.

N.Allahverdiyeva həmçinin həyat eşqinin söndüyünü də əlavə edib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR