Xalq artisti: "Bunların hamısını mənə edən Elməddin oldu"

Xalq artisti:
"Teatr üçün darıxıram. Balıq sudan ayrı necə qalar, biz də elə olmuşuq. Amma nə edə bilərik, bütün dünyada qanun bu formadadır. Nə vaxt icazə verilsə, onda da teatrların fəaliyyəti bərpa olunacaq. Biz də məşqlərimizə başlayacağıq".

Sfera.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib. Aktrisa 17 aydır teatrsız çox darıxdığını bildirib.

Bir çox seriallarda rol alan Mahmudova sonuncu çəkildiyi "Ailəmiz" ekran işindən söz açıb. O, layihə rəhbəri Elməddin Cəfərovun olduğu ekran işinin yayımının dayanmasından xəbərsiz olduğunu bildirib:

"Bakıda yox idim, ona görə də bilmirəm. Necə məsləhət bilinsə, elə də olacaq. Çağırsalar, gedəcəm. Bu fasilədə ən çox Elməddin üçün darıxdım. Məni tamaşaçıya sevdirən, lap çox tanıdan onun layihəsi olub. 10 ildən artıq müddətdə onun seriallarında çəkilmişəm. Ondan əvvəl də film, seriala çəkilirdim. Amma bu qədər sevilmirdim. Məni tamaşaçıya tanıtdılar. Bir də onu deyim ki, sənət adamına ən böyük hörməti orada gördüm. Tələbkar aktrisa deyiləm. Nə desələr edən adamam. Hörməti, qayğını, insanlığı Elməddindən gördüm. Bunların hamısını mənə edən Elməddin Cəfərov oldu".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Əmrahın boynuna sarılacağımı xəyal edirdim, şəhid olduğunu eşitdim..." - Tanınmış aparıcı

"27 sentyabr, 2020 ci il, bazar günü. Yuxudan oyanıram İlqar yerində yox, maşın da həyətdə deyil. Zəng edirəm ki, hardasan? Telefonun o başından xoşbəxt bir səs...

“Onlar tanrı tərəfindən göndərilən mələklərdir” – Məşhurlardan anım günü ilə bağlı PAYLAŞIM

Bu gün 44 günlük Vətən müharibəsinin başlanmasından bir il ötür.   Sfera.az bildirir ki, tarixi günlə bağlı ölkənin tanınmış simaları da öz fikirlərini b...

Əməkdar artist 30 il öncə şəhid olan həyat yoldaşının məzarını tapdı - FOTO

Əməkdar artist Gülüstan Əliyeva şəhid həyat yoldaşının məzarını tapıb.   Sfera.az bildirir ki, bu barədə ifaçı özü məlumat verib. O, məzardan foto paylaş...

“Keçmiş nazir kinomuzu komaya saldı" - Kənan Mahmudov

"Keçmiş nazir kinomuzu öz əli ilə komaya saldı. Şəxsən öz adıma sizdən rica edirəm, bir nazir olaraq kinomuzu özünə qaytarmağa kömək edin”.   Sfera.az bi...

Bu həyat necə acı imiş – Xalq artisti

Dəli bir ağlamaq keçir könlümdən. Bu həyat necə acı imiş.   Sfera.az xəbər verir ki, bu sözləri xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkə hesabın...

Vəfa Şərifovanın milyonluq villası - VİDEO

Tanınmış müğənni Vəfa Şərifovanın milyonluq villası diqqət çəkib. Sfera.az xəbər verir ki, müğənni villasında "Lent.az" saytına müsahibə verib. O, bir çox...