Xaliq Hüseynov seçicilərlə görüşə başladı - FOTOLAR
18 saylı Nərimanov-Nizami Seçki dairəsindən deputatlığa namizəd Xaliq Hüseynov təbliğat təşviqat tədbirləri çərçivəsində məhəlli görüşlərə start verib.
Sakinlərin nəzərinə çatdırırıq ki, Xaliq doktor təşviqat üçün ayrılmış müddət ərzində hər bir seçicisi ilə görüşməyə çalışacaq. İlk görüş müharibə veteranlarının istirahət məkanında baş tutub. Namizədlə tanış olan sakinlər maraqlı diskussiya aparıblar.
Şəhid olmuş oğlu haqqında xatirələrini bölüşən Vəzifə xala problemlərini namizədin diqqətinə çatdırıb.Binanın azyaşlı sakinləri də öz uğurları haqda məlumat verib, namizədlə xatirə fotoşəkillər çəkdiriblər.
Eyni zamanda Xaliq Hüseynov yanvarın 20-də Ə.Vəliyev küç.7a ünvanındakı xeyir-şər evində 20 yanvar şəhidlərinin xatirəsinə verilən ehsan məclisində də iştirak edib. Görüşlər davam edir. Bizi izləməyə davam edin.