Xaçmazda Yeni il gecəsi iki minik avtomobili yanıb

Xaçmazda Yeni il gecəsi iki minik avtomobili yanıb
 

Xaçmaz rayonunda gecə saatlarında avtomobillər yanıb.

Sfera.az xəbər verir ki, olay Xaçmaz-Niyazoba yolunun Qaraqurtlu kəndindən keçən hissəsində baş verib.

Hadisə nəticəsində Saleh Sabir oğlu Hacıyevə məxsus "VAZ-2107" markalı, "27-BG-517" dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonu və yaxınlıqdakı sahibi məlum olmayan "VAZ-21011" markalı, "44-BD-895" dövlət qeydiyyat nişanlı minik avtomobili tamamilə yanıb.

Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. "VAZ-2107" markalı, "27-BG-517" dövlət qeydiyyat nişanli minik avtomobilinin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. (report)


OXŞAR XƏBƏRLƏR