Xaçmazda nə baş verib? - DİN-dən RƏSMİ AÇIQLAMA

Xaçmazda nə baş verib? - DİN-dən RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə Xaçmaz rayonunun Qımıl kəndinə gedən yolun yararsız vəziyyətdə olması ilə əlaqədar bir qrup kənd sakininin həmin əraziyə toplaşması ilə bağlı məlumat yayılıb.

Belə ki, hadisə ilə əlaqədar Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə gəliblər.

Sfera.az xəbər verir ki, Oxu.az məsələ ilə bağlı DİN Mətbuat xidmətinə sorğu ünvanlayıb.

DİN-in Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, sözügedən ərazidə kənd sakinləri sosial problemləri ilə bağlı toplaşıblar:

"Sakinləri narahat edən problemləri dinləmək məqsədilə Xaçmaz Rayon İcra başçısının müavini Bəxtiyar Osmanov və Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini, polis kapitanı Vüqar Orucov həmin ərazidə olublar. Sakinlərin şikayətləri dinlənilib və həlli istiqamətində onlarla profilaktik söhbət aparılıb.

Daha sonra əraziyə toplaşan sakinlər ərazini tərk edərək yaşayış yerlərinə geri qayıdıblar. Qeyd edirik ki, bu zaman heç bir asayişin pozulması hallarına yol verilməyib".
 



OXŞAR XƏBƏRLƏR

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...