Xaçmazda məktəb direktorunun ölümünün təfərrüatları BİLİNDİ

Xaçmazda məktəb direktorunun ölümünün təfərrüatları BİLİNDİ
"Özüm də hadisə yerində olmuşam. Ülkər Hacıyevanın vəfat etdiyi evdə partlayış izi görünürdü".

Sfera.az xəbər verir ki, Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayev deyib.

Onun sözlərinə görə, məktəb direktorunun meyitini yaşadığı evdə həmkarları görüblər: "1976-cı il təvəllüdlü Ülkər Vəliyyəddin qızı Hacıyeva 10 ildən çoxdur ki, rayonun Alıcqışlaq kənd tam orta məktəbin direktoru işləyirdi. Rayon mərkəzindən kəndə məsafə uzaq olduğundan, işə getmək üçün bir neçə həmkarı ilə maşın tutub gedirlər. Səhər saatlarında həmkarları işə getmək üçün ona bir neçə dəfə zəng etsələr də cavab verməyib. Daha sonra qohumları ilə əlaqə saxlayan həmkarları onun yaşadığı evə giriblər. Evdə Ülkər Hacıyevanın meyitini görüblər".

İ.Musayev əlavə edib ki, hadisəni eşidəndən dərhal sonra məktəb direktorunun yaşadığı evə gedib: "Mən özüm də hadisə yerində olmuşam. Ülkər Hacıyevanın vəfat etdiyi evdə partlayış izi görünürdü. Deyilənə görə, su qızdırıcısı içəridə partlayıb. Hazırda meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib. Ekspertizanın rəyindən sonra ölümün dəqiq səbəbi məlum olacaq".

Qeyd edək ki, Hacıyeva Ülkər Vəliyyəddin qızı subay olub və tək yaşayırmış.
 
(report)

OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...