Xaçmazda dəmir yolu vağzalında qadın meyiti tapıldı
Kriminal
11:22 / 30.07.2021
1151
Xaçmazda dəmir yolu vağzalı ərazisində qadın meyiti tapılıb.
1987-ci il təvəllüdlü Könül Nadir qızı Bayramova olduğu məlum olub.
Onun döş qəfəsinə və sağ qoluna bir neçə xəsarət yetirildiyi bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin artıq Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb. //"Report"