Xaçmaz sakini özünü ağacdan ataraq intihara cəhd etdi - FOTO

Xaçmaz sakini özünü ağacdan ataraq intihara cəhd etdi - FOTO
Xaçmaz rayon sakini özünü ağacdan ataraq intihara cəhd edib.

Sfera.az-ın verdiyi məlumata görə, hadisə Qusarçay kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, Ramin Qeybulla oğlu Əlməmmədov Xaçmaz-Xudat avtomobil yolunun kənarındakı çinar ağacına qalxaraq özünü hündürlükdən atmaqla intihara cəhd edib.

Yaxınlıqda olan həmkəndliləri onun cəhdinin qarşısını almaq istəyiblər. Ağacdan yıxılan R.Əlməmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

R.Əlməmmədova hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra o, Xudat Şəhər Xəstəxanasına aparılıb.

Qeyd edək ki, R.Əlməmmədovun spirtli içki qəbul etdiyi və hadisənin ailə münasibətləri zəminində törətdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 
(Report)

OXŞAR XƏBƏRLƏR