Xaçmaz bələdiyyəsi məhkəməyə verildi
11:37 / 07.09.2021
996
Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi Xaçmaz rayonu Xaçmaz bələdiyyəsini məhkəməyə verib.
Sfera.az-ın xəbərinə görə, bu barədə İdarə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edib.
Belə ki, 3 saylı Ərazi Vergilər İdarəsi bələdiyyəyə qarşı vergi ödəmələri barədə tələb irəli sürüb.
İddia hakim Xəqani Tağıyevin sədrliyi ilə məhkəmədə araşdırılır.