“Xaç atası” filminin çəkildiyi villa satışa çıxarıldı – Borca görə...
16:15 / 06.04.2021
2454
Məşhur "Xaç atası” filminin çəkildiyi villa
satışa çıxarılıb.
Sfera.az xəbər verir ki, qeyd edilən villanın
uzun müddətdir satışı planlaşdırılsa da, mümkün olmurdu. Məhz bu səbəbdən onu
"uğursuz yer” adlandırırdılar. Malikanə hazırda 89,75 milyon dollara satışa
çıxarılıb. Mülkün sahibi Leonard Rosun bu addımı atma səbəbi də açıqlanıb.
Belə ki, məlumata görə, malikanənin tabe
olduğu əmlak şirkəti borca girib və prokurorluq Rosdan evi dərhal satmasını istəyib.
Ros satışı üçün 2016-da 195,
2018-də
135, 2020-ci ildə isə 125 milyon dollar müəyyən etdiyi evin qiymətini yenidən
aşağı salmaq məcburiyyətində qalıb.
Malikanənin içərisində ikimərtəbəli nəhəng
kitabxana, idman zalı, tennis kortu və bir neçə hovuz var.