«World telekom»dan məhsul alanda iki dəfə düşünün - Mağaza alıcıları niyə aldadır?

«World telekom»dan məhsul alanda iki dəfə düşünün - Mağaza alıcıları niyə aldadır?
 

Mütəmadi olaraq Azərbaycanda elektronikaya aid, mağazalar şəbəkələrinin servislərindən şikayət gəlir. Bəlkədə ən problem yaşayan ölkələrdən biri Azərbaycandır. Çox vaxt zəmanət talonu kağız parçasından bir şey deyil. Servislər min-bir bəhanə ilə məsuliyyəti başlarından atmaq istəyirlər və çox vaxt buna nail olurlar. Bu dəfə şikayət «World telecom» dan gəldi. Tanınmış jurnalist və aparıcı Mustafa Kamalın başına gələn hadisəni olduğu kimi təqdim edirik.

«Özünü İphone telefonlarının rəsmi satış mərkəzi kimi tanıdan «World telekom»dan məhsul alanda iki dəfə düşünün. Sentyabr ayında onlardan İphone X telefonunu almışam. Məlumdu ki, kredit faizi ilə birlikdə xeyli baha başa gəldi. Amma bir dünya pul verdiyim telefonun qutusunu ilk açan mən deyilmişəm. Ötən gün telefonun öz-özünə sensoru xarab oldu, kənarında yaşıl işıq yandı. Qısaca desək, sensorun lenti qopdu. «World telecom»un servisində mənə telefonun güclü zərbə aldığını dedilər. Ətrafımdakılar da yaxşı bilir ki, telefonu çox səliqəli işlədirəm və üzərində cızıq belə yoxdur. «World telecom» servisi təmir üçün də mənə qiymət oxudu.(500 AZN)
Hələ guya mənə hörmət etdilər, maya dəyərinə təmir edəcəkdilər. Apardım öz tanış ustamın yanına. Hər şey də elə burda aydınlaşdı. Təzə adı ilə aldığım telefonun ekranı bir dəfə dəyişdirilibmiş. Yəni, mən alanda artıq orijinal ekranlı telefon almamışam. Götürüb ekranı dəyişiblər, yerinə də keyfiyyətsiz «fake» ekran taxıblar. Ustam mənə əsl İphone X ekranı göstərdi, arada xeyli fərqlər var idi. Həm də İphone ekranının lenti belə asan qopan bir şey deyilmiş. Ustalar onu fenlə, güc tətbiq edərək sökürlər. Mənim telefonumda isə çox səliqəli işlətməyimə baxmayaraq, heç nədən lent qopdu. Yüz faiz əminəm ki, eyni problem çoxlarının başına gəlib. Həqiqətən də ayıbdı. Ən azından insanlar boğazlarından kəsib bir dünya pul verirlər. Qarşılığı belə olmalı deyil.»
Bu satış bazarının, özü də rəsmi dillər adı qazanan şirkət üçün faciədir. Müştəriyə qarşı həm hörmətsizlik, eyni zamanda cinayətdir.


OXŞAR XƏBƏRLƏR