WING: Azərbaycanda Qadınlar Mühəndislikdə hərəkatı yaradılır

WING: Azərbaycanda Qadınlar Mühəndislikdə hərəkatı yaradılır
 

Günümüzdə dünyada qadınların mühəndisliyə və texnoloji inkişafa cəlb olunması üçün tədbirlərin miqyası günü-gündən artmaqdadır. Qadınlar Mühəndislikdə artıq bir trend halına gəlmişdir. Mühəndislik sektoruna daha çox qadın cəlb edilməsi və onların bu sektorda saxlanılması iqtisadi artım, maliyyə sabitliyi və ümumi inkişaf üçün vacibdir. Hazırda dünyada istər beynəlxalq təşkilatlar, istərsə də özəl sektor tərəfindən qadınların STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) sahələrinə cəlb olunması üçün kütləvi proqramlar mövcuddur. Azərbaycanda yeni yaradılan "WING” (Women in Ingenerie) – Qadınlar Mühəndislikdə Hərəkatı, 7 yaşdan başlayaraq müxtəlif yaş qruplarında qızlara və qadınlara ilham və dəstək verən, peşəkar inkişaf təklif edən qadın mühəndis, elm və texnoloqların peşəkar bir şəbəkəsinə çevrilmək əzmindədir. WING hərəkatı müxtəlif istiqamətlərdə fəaliyyət göstərən tərəfdaşların səylərini vahid platformada birləşdirərək qızlarımızı mühəndisliyə həvəsləndirəcəkdir.

Təşkilat komitəsinin rəhbəri Vüsalə Kazımova bildirir ki, görüləcək işlərin davamlı və effektiv olması üçün bu istiqamətdə beynəlxalq təcrübə də nəzərdən keçirilmişdir. Beləki, Beynəlxalq Təşkilat olan WomEng (Women in Engineering) ilə əməkdaşlıq haqqında memorandum imzalanmış, onların 22 ölkədə mövcud proqramları öyrənilmişdir və həmin metodikaların Azərbaycanda tətbiq olunması haqqında razılıq əldə olunmuşdur. Bundan başqa Amerikada fəaliyyət göstərən EFK Foundation (Engineering For Kids İctimai Birliyi) təcrübəsi öyrənilmiş, onların da proqramlarından istifadə olunması haqqında memorandum imzalanmışdır. Vüsalə Kazımova hər iki təşkilatın Azərbaycan üzrə rəsmi nümayəndəsi təyin olunmuşdur.

WING hərəkatının ilk geniş miqyaslı layihəsi olacaq "Integrated Mentorship” layihəsi də hazırlanmışdır. İlk fazada 2 il davam edəcək layihə çərçivəsində məktəblilər, universitet tələbələri, peşəkar mühəndislər və beynəlxalq səviyyəli menecerlərin zəncirvari "öyrən və paylaş” mexanizmi hazırlanmışdır. Proqramda iştirak edəcək hər bir tərəfin maraqları nəzərə alınmışdır, bu da layihənin uzun müddətli davamlı olacaqını təmin edəcək. Eyni adlı layihə EFK Foundation tərəfindən Amerikanın 12 ştatında uğurla tətbiq olunur. Layihə çərçivəsində böyük mühəndislik şirkətlərini öz təcrübəli insan resursları ilə, universitetləri, gənclərlə bağlı dövlət orqanlarını və cəmiyyətimizin başqa aktiv təşkilatlarını əməkdaşlığa dəvət edirik”, deyə Vüsalə xanım bildirmişdir.


OXŞAR XƏBƏRLƏR

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...