“WikiLeaks”in qurucusunun həbsdən ilk videosu yayıldı - VİDEO

“WikiLeaks”in qurucusunun həbsdən ilk videosu yayıldı - VİDEO
 

Bu ilin aprelində Ekvadorun Londondakı səfirliyində saxlanılan "WikiLeaks” portalının qurucusu Julian Assanjın Londonun Belmarş həbsxanasından ilk videogörüntüləri yayılıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, görüntüləri özünü jurnalistin tərəfdarı kimi təqdim edən və adını açıqlamayan digər məhkum gizli çəkərək "Ruptly” videoagentliyinə göndərib. 

Görüntülərdə Assanjın digər məhkumlarla söhbət etdiyi, əhvalının yaxşı olduğu görünür.

Xatırladaq ki, Assanj "WikiLeaks”də ABŞ-ın Əfqanıstan və İraqda apardığı hərbi əməliyyatlar, dinc əhalinin öldürülməsi haqda faktlar, Quantanamo həbsxanasındakı ağır şərtlər haqda materiallar dərc etməsi ilə tanınıb. 2010-cu ildə İsveçdə ona qarşı cinsi zorakılıq faktı üzrə ittiham irəli sürülüb. Assanj bu ittihamı qəbul etməyərək 2012-ci ildən Londondakı Ekvador səfirliyinə sığınıb. Ancaq bu il aprelin 11-də İsveç və ABŞ hökumətinin tələbi ilə həbs olunub. Ona Britaniyada 11,5 aylıq həbs verilib.

Bundan sonra İsveç prokurorluğu Assanj işi ilə bağlı istintaqı yeniləyib və tədqiqatlara başlayıb. ABŞ hökuməti isə ona qarşı casusluq və gizli informasiyanın yayılması maddələri üzrə ittihamlar qaldırıb. Hazırda Assanjı 175 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Bundan başqa, jurnalistin ABŞ-a ekstradisiyası məsələsi də gündəmdədir.



OXŞAR XƏBƏRLƏR

“Coca-Cola” homoseksuallığın təbliğində günahlandırıldı

    Macarıstan konservativ partiyasının üzvü İştvan Boldoq "Coca-Cola”nın yeni reklamında eynicinsli azlıqların təbliğatına görə şirkətin məhsu...

Yol polisi həyatının səhvini etdi: Generalın sürücüsünu saxladı, görün nələr oldu - VİDEO

Ukraynada baş verən hadisə sosial şəbəkələrdə gündəmi zəbt etməkdə davam edir. Sfera.az avtosfer.az-a istinadən xəbər verir ki, Ukraynada 5 dəqiqə sonra nələr ...

Həbsxanada işgəncə: yeni şok kadrlar yayıldı – Video

Rusiyanın Yaroslavl vilayətinin 1 saylı cəzaçəkmə müəssisəsində məhbuslara qarşı işgəncələri əks etdirən daha bir videogörüntü yayımlanıb, faktla bağlı cinayət ...

Rusiyada hər kəs metroya ayaqyalın minməyə başladı - SƏBƏBİ İSƏ...

Rusiyanın müxtəlif şəhərlərindəki metro stansiyalarında yeni bir axın başlayıb. Əksəriyyəti qadınlardan ibarət olan bu cərəyanın ardıcılları metro stansiyaların...

Seks partisində ölən şeyx belə dəfn edildi - FOTOLAR

Xəbər verdiyimiz kimi, dizayner, Birləşmiş Ərəb Əmirliyinin Şərca əmirliyinin rəhbəri Şeyx Sultan bin Məhəmməd əl-Qasiminin oğlu şeyx Xalid bin Sultan Əl-Q...

Parlamentdə deputatlardan himnə hörmətsizlik - Arxalarını çevirdilər+Video

Avropa Parlamentinin Strazburqda keçirilən yeni iclası qalmaqalla başlayıb. Parlamentin himni səslənən zaman "Brexit” (Almaniyanın Avropa Birliyindən çıxmasını...