\"WhatsApp\"la bağlı vacib məlumat - Fevralın 8-dən sonra... - VİDEO

\
Ən çox istifadə edilən tətbiqlərdən biri olan "WhatsApp"ın istifadəçiləri sürətlə azalır. Buna səbəb "WhatsApp"ın fərdi məlumatları facebooka ötürməsidir. Bu isə təhlükəsizlik baxımından düzgün hesab edilmir.

Bununla bağlı artıq bir neçə gündür ki, istifadəçilərə razılaşma bəyannaməsi təqdim edilir. Hələki yeni şərtləri qəbul etmədən "WhatsApp"ı istifadə etmək mümkündür. Lakin yaxın vaxtlarda bununla bağlı qadağalar tətbiq edilə bilər.

Dünyca tanınmış şəxslər bir-bir "WhatsApp"dan imtina edir və digər sosial şəbəkələrə keçid edirlər. Buna səbəb isə "WhatsApp"ın istifadəçilərə məxsus fərdi məlumatları "Facebook"-a ötürmək istəyidir. Belə ki artıq bir müddətdir ki, bununla bağlı istifadəçilərə təklif göndərilir. Təklifin qəbul edilməyəcəyi təqdirdə fevralın 8-dən etibarən proqramın fəaliyyətinin dayandırılacağı bildirilir.

İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Şirinov bildirir ki, istifadəçilərə pulsuz olaraq təqdim edilən bu tətbiq onların dataları hesabına reklam şirkətlərindən gəlir əldə edir.

Mütəxəssisin sözlərinə görə onsuz da bundan əvvəl də insanların fərdi məlumatları reklam şirkətlərinə ötürülürdü, indi isə bu rəsmi şəkildə edilir. Hazırda facebook-un istifadəçi sayı azalmaqla yanaşı səhmlərinin dəyəri də azalır. Buna baxmayaraq razılaşmanı qəbul etməyən istifadəçilər üçün məhdudiyyətlərin olması gözlənilir.

Fərdi məlumatların əldə edilməsi siyasi proselərə də birbaşa təsir göstərmək üçün istifadə edilə bilər. Məhz bu səbəbdən də bəzi ölkələr artıq öz yerli serverləri üzərində qurulan social şəbəkələrə keçid edir. Qonşu Türkiyədə də Bip sosial şəbəkəsi bir anda xeyli sayda istifadəçi qazanıb. (Xezerxeber.)
 

 

OXŞAR XƏBƏRLƏR

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...