"WhatsApp" istifadəçilərini YENİ FUNKSİYA ilə sevindirdi

"WhatsApp" mesajlaşma şəbəkəsi yeni funksiyasını işə salıb.

Sfera.az  xəbər verir ki, istifadəçilər artıq "WhatsApp" hesabını bir neçə cihazda eyni vaxtda istifadə edə biləcək.

Bunun üçün istifadəçinin cihazları bir-birinə bağlaması kifayətdir. Artıq "WhatsApp Web" və "WhatsApp Desktop"un eyni anda işləməsi üçün əsas cihazın onlayn qalmasına ehtiyac yoxdur.

Yeni funksiya bir hesaba əlavə edilən beş cihazdan istifadə etmək imkanı verir.

Qeyd edək ki, funksiya "WhatsApp"ın 2.21.14.1 nömrəli beta versiyasında və yalnız "Android"də işləyir. Yaxın günlərdə yeni funksiyadan bütün istifadəçilər yararlana biləcək./baku.ws/

OXŞAR XƏBƏRLƏR