“WhatsApp” istifadəçilərini həyəcanlandıran xəbər: Bu il 6 yeni funksiya gələcək

“WhatsApp” istifadəçilərini həyəcanlandıran xəbər: Bu il 6 yeni funksiya gələcək
Dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp”a yeni funksiyalar gələcək.

 

Sfera.az xəbər verir ki, "WhatsApp” bu il altı yeni funksiyasını ilə istifadəçilərinin ixtiyarına verəcək.


Onlardan bəziləri artıq sınaq mərhələsindədir.


2021-ci ildə istifadəyə verilə biləcək 6 "WhatsApp” xüsusiyyəti bunlardır:


 

Çoxlu cihaz dəstəyi

 

Keçən ilin noyabr ayında beta versiyasında görülən bu xüsusiyyət aktivləşdirildikdə "WhatsApp” istifadəçiləri platformaya eyni anda birdən çox cihazdan daxil ola biləcəklər. Hazırda yalnız masaüstü və mobil cihaz vasitəsilə giriş imkanı verən "WhatsApp” üç və ya daha çox cihazdan açıla biləcək.


 

"WhatsApp Web” masa üstü tətbiqi ilə zəng etmək

 

"Windows” və "macOS” masaüstü tətbiqləri ilə səsli zənglər etmək olacaq.

 

 


Videoların səssizləşdirilməsi

 

"WhatsApp” kiməsə göndərilən və ya status yenilənməsi olaraq yüklənən videoların səssizə alınması seçimi yoxdur. Lakin yaxın zamanlarda istifadəçilər videonu səssizləşdirmək imkanına sahib olacaqlar.


 

"Sonra oxu” seçimi

 

Bu "WhatsApp”da mövcud olan "Arxivlənmiş söhbətlər” funksiyasının inkişaf etmiş versiyası olacaq.

 

 

Sığorta

 

Platformanın bu xüsusiyyəti Hindistanvətəndaşları üçün nəzərdə tutulub. Onlar sağlamlıq sığortası və pensiya proqramlarını "WhatsApp” vasitəsi ilə əldə edə biləcəklər.


 

Buraxılmış qrup zənglərində iştirak

 

Bu yeniləmə ilə istifadəçilər həmin an qoşula bilmədikləri qrup zənglərinəsonradan daxil ola biləcəklər. Artıq iştirakçı əlavə etmək üçün qrup söhbətini yenidən başlatmağa ehtiyac olmayacaq.


 

Jalə Mehdi

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...

Ərdoğan Qazaxıstanın Baş naziri ilə görüşdü

Qazaxıstan Baş naziri Oljas Bektenov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.   Sfeara.az xəbər verir ki, bu barədə “TRT haber”...

Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Köçəryanın oğlu saxlanıldı - SƏBƏB

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, ölkə parlamentinin deputatı Levon Köçəryan Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən...

İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

“Mustanq”la avtoşluq edən şəxs saxlanıldı - VİDEO

Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hə...