“WhatsApp”, “Instagram” və “Facebook” niyə çökdü? - AÇIQLAMA

“WhatsApp”, “Instagram” və “Facebook” niyə çökdü? - AÇIQLAMA
"WhatsApp”, "Instagram” və "Facebook”un çökməsi dünyanın gündəmindədir. Bəs internet nəhəngləri niyə çöküb?

Sfera.az xəbər verir ki, "Reuters” çökmənin DNS (domen adları sistemi) problemi ilə bağlı olduğunu yazıb.

"New York Times”a danışan və təhlükəsizlik səbəbindən adı gizlədilən "Facebook”un iki kibertəhlükəsizlik mütəxəssisi problemlərin kiberhücumlardan qaynaqlanma ehtimalının çox aşağı olduğunu deyiblər. Bildirilib ki, tətbiqlərin ardındakı texnologiyalar fərqlidir və bir hücumla hamısını eyni vaxtda çökdürmək mümkün deyil.

"Problem, böyük ehtimalla, "Facebook”dan qaynaqlanır, "WhatsApp” və "Instagram”a da buna görə girmək mümkün deyil”, - "Cloudflare”in texnologiya üzrə rəhbəri Con Qraham Kamminq qeyd edib.

Bir kibertəhlükəsizlik şirkətinin rəsmisi olan Deyn Kneçt "Facebook” Sərhəd Keçid Protokolu yollarının "internetdən çəkildiyini” dilə gətirib.

"Bu, çox böyük bir tətbiq xətasına bənzəyir. "Facebook” bu aralar, əsasən, internetdə deyil”, - kibertəhlükəsizlik üzrə mütəxəssis Kevin Beamont qeyd edib.

OXŞAR XƏBƏRLƏR