WhatsApp-dan BƏD XƏBƏR

WhatsApp-dan BƏD XƏBƏR

 

 

Dünyanın ən populyar mobil messencer olan WhatsApp əfsanəvi əməliyyat sistemi olan Symbian-ı bundan sonra dəstəkləməyəcəyini bildirib.
 
Bu isə Nokia şirkətinin istehsalı olan köhnəlmiş modelli smartfon sahiblərini WhatsApp-dan istifadə etmək imkanlarından məhrum edir.

 

Sfera.az GSMArena-ya istinadən bildirir ki, Symbian əməliyyat sistemi ilə çalışan smartfonların sahibləri WhatsApp-dan artıq xəbərdarlıq mesajı alıblar.

 

 

"Təəssüf hissi ilə sizə bildirir kii, 31.12.2016 tarixdən etibarən WhatsApp-dan istifadə edə bilməyəcəksiniz, çünki proqram əməliyyat sistemini dəstəkləməyəcək", - xəbərdarlıqda deyilir.


 
 
 

OXŞAR XƏBƏRLƏR