Vüsalə Əlizadədən ŞOK XƏBƏR

Vüsalə Əlizadədən ŞOK XƏBƏR
"Türkiyədən heç tanımadığım insanlardan təklif aldım. Bir fotosessiyamı görüb, məni ərəb qızlarına bənzədiblər. İnstaqramda mənə yazdılar, məlumat aldılar. Təklif etdilər ki, sizinlə fotosessiya etmək istəyirik”.

Bu sözləri Axşam.az-a açıqlamasında aparıcı Vüsalə Əlizadə deyib. 

Aparıcı bildirib ki, Türkiyədə ona mükafat verilib:

"Bunlar Türkiyədə "Fashion” kanalının dəfilələrinin vizaj qrupudur. Çox maraqlı işləri olur. Danışıqlar üçün Türkiyəyə  getdim. Orada baş tutan xeyriyyə xarakterli "Number one” dəfiləsi oldu və məni qonaq kimi çağırdılar. Tədbirdə xarici müğənnilərlə yanaşı Hande Yener və Mustafa Ceceli oldu. Dəfiləyə məni özləri hazırladılar, kolleksiyadan geyimlər bağışladılar. Gecədən əldə olunan gəlir kimsəsiz uşaqlara bağışlandı. Tədbirdə mənə mükafat da verildi".

V.Əlizadə orada məşhur kosmetik brendin sahibləri tərəfindən iş təklifi aldığını bildirib:

"Tədbirdə böyük kosmetik brendlərin sahibləri iştirak edirdilər. Mənə bir brendin siması olmaq təklifi gəldi. Göz-qaş hissəmi çox bəyəndilər. Bu ayın sonu danışıqlar üçün yenidən istanbula yollanacam".

Bir müddət İnstaqramdan uzaq qalan aparıcı bunla bağlı yaranan söz-söhbətlərə son qoyub:

"Türkiyədə olanda bütün günü başım işə qarışmışdı. Sosial şəbəkə insanın çox vaxtını alır. Sosial şəbəkədən uzaqlaşdım, sevənlərim necə narahat olmuşdu. Artıq bacılarıma, qohumlara mesajlar yazırdılar ki, Vüsaləyə nə olub? Bildim ki, məni çox istəyirmişlər. Buna görə də özümü çox şanslı, uğurlu biri hesab edirəm. Efirdə göründüyüm gündən insanların qəlbinə yol tapmışam. Bir il səhnədən uzaqlaşan müğənni, geri qayıdanda bilmir nə etsin ki, yerini tutsun. Amma məndə belə deyil, efirdə olmayanda da unudulmadım. 7 yaşımdan efirdəyəm, bunu sübut edəcək materiallarım da var. Hələ "Sirli Avrasiya" vaxtında sosial şəbəkə yox idi, insanlardan məktublar alırdım. Həmin məktubları evimdə saxlayıram. Qızım böyüyəndə, mən yaşlananda bir də oxuyacam".

Aparıcı yazdığı şeirlərin keçmişi ilə əlaqələndirilməsinə pis olduğunu söyləyib:

"Nəsə uğursuzluq yaşayanda, pis oluruq, özümüzüə sual veririk ki, "Niyə mən?". Allah sevdiyi bəndələri hər zaman sınayır. Mən gənc yaşlarımdan əziyətlər görmüşəm. Zəif, kiminsə əlinə baxmağa məhkum olsaydım, Allah məni elə kiminsə yanında saxlayardı. Tanrım bilir ki, öz ayaqlarının üstündə dayanmağı bacaran qadınam, ailə saxlamağı bacarıram. Təki Allah mənim sağlamlığıma dəyməsin. 

Həm saytlardan, həm də izləyicilərimdən xahiş edirəm ki, yazdığım fikirləri keçmişimlə əlaqələndirməsinlər. Bunu yığışdırın. Heç kimin həyatı mənə maraqlı deyil. Maraqlı olsaydı şansım var idi ki, keçmişimi qaytarım. İstəmədim... Mən unutmuşam, siz də unudun. Mənim bir balaca şairlik, yazma qabiliyyətim var. Nəyisə yazanda içdən gələn cümlələrdir. İlham pərisi gəlir yazıram. Hekayələr yazıram, poema üzərində çalışıram. Bunları gələcəyim üçün edirəm. Bir vaxt gələcək, onları təqdim edəcəyəm. Bir şey yazan kimi, şərhlər başlayır: təksiniz... Xeyir, tək deyiləm, qızım və hər şeyim var, həyatım əladır".

OXŞAR XƏBƏRLƏR

Dünyada ən çox PUA istehsal edən ölkə ODUR 

2023-cü ildə Çində ayrı-ayrı müəssisələr tərəfindən istehsal olunan mülki pilotsuz uçuş aparatlarının (PUA) sayı 3 milyon 170 mini keçib.   Sfera.az xə...

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...