Vüsalə Əlizadə: "18 yaşımda məni..." - ETİRAF - FOTO

Vüsalə Əlizadə:

"O zaman çox gənc idim, düşüncələrim fərqli idi”.

 

Teleaparıcı Vüsalə Əlizadə bu gün özünün etiraf etdiyi kimi ikinci doğum gününü qeyd edir.

 

Oxu.Az xəbər verir ki, tanınmış aparıcı İnstagram səhifəsində yaşadıqları acını paylaşıb:

"Sabahınız xeyir, əziz dostlar! Bu gün mənimçün çox önəmli bir gündür. 10 mart 2013-cü ildə mən ikinci dəfə dünyaya gəlmişəm. Allahımın və canım anamın, əzizlərimin, ailəmin, işini bilən doktorlarımın sayəsində mən düz 11 il bundan əvvəl 3 günlük komadan ayılıb yenidən həyata döndüm. Bu günü həm sevincli, həm də çox həssas yaşayıram.

18 yaşım var idi, tanrı məni çox böyük sınağa çəkdi, çox əziyyət çəkdim, bu həyatımın ən çətin keçidi idi, amma mən ruhdan düşmədim, həyat eşqi məni sınmağa qoymadı. O zaman çox gənc idim, düşüncələrim fərqli idi, amma yenə də Allahıma qarşı çıxmadım, dualarımı əskitmədim...

Və indi daha çox dərk edirəm ki, tanrı heç kimə çəkə bilməyəcəyi yükü vermir, bəndələrinin gücünə, dözümünə baxıb taleyini yazır, deməli, mən də güclü və sevimli bəndəyəm. Şükürlər olsun sənə Allahım, nə yaxşı ki, mən bu sınaqlardan keçmişəm, nə yaxşı ki, indiki uğurlarımla məni sevindirmisən.

O gündən bu günə bir şeyə təəssüflənirəm, canım atamın yoxluğuna, bir tərəfdə anamı, bir tərəfdə mən övladını itirmək təhlükəsi ilə hamıdan çox əziyyət çəkən canım atam haqqa qovuşsa da mən hər gün onun varlığını duyub yaşayıram (Allah rəhmət etsin sənə canım atam). Mən çox xoşbəxtəm ki, həyat sınağından keçmiş güclü qadınam. İkinci doğum günün mübarək, Vüska”.

 

Fotoları təqdim edirik:

 

 

 




OXŞAR XƏBƏRLƏR

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...