Vurulan Ukrayna təyyarəsində 4 azərbaycanlı olub - İrana ETİRAZ

Vurulan Ukrayna təyyarəsində 4 azərbaycanlı olub - İrana ETİRAZ
 

Ötən günlərdə Tehranda İran ordusu (SEPAH) tərəfindən raketlə vurulan Ukraynaya məxsus "Boinq 737” tipli sərnişin təyyarəsində həlak olanlardan 4-ü Güney Azərbaycanın Xoy şəhərindəndir.

Sfera.az xəbər verir ki, Xoy şəhərindən olan sakinlər sosial şəbəkələrdə çağırış mətni yayaraq, günahsız həmyerlilərinin təyyarədə həlak olması ilə bağlı etiraz aksiyası keçirəcəklərini bildiriblər.

Mətndə qeyd edilir:

"Sərnişin təyyarəsinin SEPAH tərəfindən vurulması nəticəsində dörd həmyerlimiz həlak olub. Bu məqsədlə Xoy şəhərinin mərkəzinə toplaşaraq dinc etiraz aksiyası keçirərək, bu faciədə məsuliyyət daşıyanların məhkəməyə çıxarılmasını tələb edəcəyik. Bundan əlavə təyyarə faciəsi qurbanlarının xatirisənə şamlar yandırılacaq”.

Əlavə edək ki, yanvarın 8-də Tehran-Kiyev reysini həyata keçirən Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsi İran ordusunun hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Nəticədə təyyarədə olan 9 nəfər heyət üzvü və əksəriyyəti İran və Kanada vətəndaşlarından ibarət 167 sərnişin həlak olub.  /Teleqraf.com


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...