Vüqar Səfərlini hansı cəza gözləyir? – Ən azı 10 il həbs...

Vüqar Səfərlini hansı cəza gözləyir? – Ən azı 10 il həbs...
 

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəxslərini təkcə bir maddə ilə ən azı 10 il həbs cəzası gözləyir. 

Sfera.az xatırladır ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində KİVDF-nin vəzifləi şəxslərinin qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin 179.4-cü  (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb. 

179.4-cü maddədə 10 ildən 14 ilədək həbs cəzası, 308.1-ci maddədə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə, 308-1.2-ci maddədə ilə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə, 308-2.4-cü maddədə isə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 

KİVDF rəhbrəliyi bütün maddələr üzrə təqsirli bilinəcəyi halda kifayət qədər uzun müddətli həbs həyatı yaşaya bilər.


OXŞAR XƏBƏRLƏR