Vüqar Səfərli hər tədbirdən bu qədər pul qazanıb

Vüqar Səfərli hər tədbirdən bu qədər pul qazanıb
KİVDF-nin hazırda həbsdə olan keçmiş icraçı direktoru Vüqar Səfərlinin cinayət işi ilə bağlı daha bir maraqlı məqam üzə çıxıb.

Sfera.az xəbər verir ki, "Kriminalqafqaz”ın istintaq materiallarından əldə etdiyi məlumata görə, Vüqar Səfərli qulluq mövqeyindən istifadə edərək baş mühasib Təhminə Yaqubova ilə birlikdə Fondun hesabına keçirilən tədbirlərdə böyük məbləğdə mənimsəmələr edib.

Sabiq direktor Yeni il, Novruz Bayramı və Milli Mətbuat Günü ərəfəsində jurnalist yazı müsabiqələrinin mükafatlandırma mərasimləri ilə bağlı təşkil olunan ziyafətlər üçün ayrılan vəsaitlərin bir hissəsini restoranlardan geri alıb.

O, "Altun” restoranının inzibatçısı Şahin İbrahimov, direktor müavini Təmkin Xəlilov, "Xəmsə” restoranının icarədarları Valeh Orucov və Bəxtiyar Fətullayevlə əvvəlcədən anlaşaraq, tədbirlərdə iştirakçıların sayını 350-400 nəfər kimi göstərib. Lakin faktiki olaraq, qonaqların sayı 250-ni keçməyib. İştirakçıların sayı ilə yanaşı, yemək norması da şişirdilmiş formada göstərilib.

Tədbirlər üçün Fondun büdcəsindən ayrılan pullar sözügedən restoranların bank hesablarına köçürülüb. Daha sonra isə restoran rəhbərliyi həmin pulu nəğdləşdirərək, əvvəlcədən danışılmış hissəni Vüqar Səfərliyə geri qaytarıblar.

Vüqar Səfərli faktla bağlı istintaqa ifadəsində bildirib ki, tədbirlər üçün ayrılan vəsaitlərin tam olaraq obyekt sahiblərinə ödənilib. O, ziyafətlərdə iştirak edən qonaqların sayının az olmasını isə çağırılan şəxslərin hamısının tədbirə gəlməməsi ilə əlaqələndirib.

Şahin İbrahimov istintaqa ifadəsində bildirib ki, ziyafətlərdə bir nəfər üçün 55-60 manat pul alınırdı. Restoran yalnız yeməklə təmin olunmanı təşkil etsə də, V.Səfərli protokolda dəvətnamə hazırlanması, video çəkiliş, musiqiçilərin dəvət olunması, banerlərin yerləşdirilməsi, tədbir zamanı keçirilən oyunlarda qaliblərə hədiyyələr təqdim olunması və s. kimi əlavə xərcləri də restoranın adına yazdırıb. Sabiq direktor hər tədbir üçün KİVDF-dən restoranın hesabına köçürülən 50 min manatın 25 minini geri alıb.

Bu yolla Vüqar Səfərli ümumilikdə 9 tədbir üzrə KİVDF-ə məxsus 104 444 manat məbləğdə vəsaiti mənimsəyib.

Qeyd edək ki, dəymiş ziyanla bağlı Şahin İbrahimov və Təmkin Xəlilov Baş Prokurorluğun depozitinə 50 min manat ödəyiblər.


OXŞAR XƏBƏRLƏR

Peskovdan həbs edilən məmurla bağlı AÇIQLAMA: ”Xəyanət məsələsi…” 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbs edilməsinə münasibət bildirib.   Sfera.az bildirir ki, o, bu barə...

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az xəbər verir ki, hadisə aprelin 24-də, m...

BŞTİ-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.   Bu barədə Sfera.az-a Bakı Şəhər Təhsil...

Prezidentin uğurumuzun səbəbləri ilə bağlı açıqlaması bəzilərinə ciddi siqnaldır

Prezident İlham Əliyevin Rusiyaya səfər edəcəyinə dair məlumat ictimailəşdirildikdən sonra təkcə cəmiyyətimizdə deyil, ölkə xaricində də geniş müzakirələr başla...

Bu səbəbdən insanların ölüm riski ARTIB

İqlim dəyişikliyi səbəbindən qlobal istiləşmə xüsusilə Avropa qitəsinə dağıdıcı təsir göstərir.   Sfera.az xəbər verir ki, 2023-cü il Avropa İqlim H...

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib.   Sfera.az xəbər verir ki, bu barədə dövlət başçısı qırğ...