“Vüqar Həşimov” lideri məğlub edərək, birinci yerə qalxıb

“Vüqar Həşimov” lideri məğlub edərək, birinci yerə qalxıb

Monteneqronun Ultsin şəhərində keçirilən şahmat üzrə XXXV klublararası Avropa Kubokunda IV turun oyunları keçirilib.

Sfera.az xəbər verir ki, kişilərin yarışında "Vüqar Həşimov” klubu bunadək lider olan Rusiyanın "Molodyojka” komandasını 4:2 hesabı ilə məğlub edərək ardıcıl dördüncü qələbəsini qazanıb.

Komandamızda yalnız Ülvi Sadıqov qara fiqurlarla Andrey Yesipenkoya uduzub.

 

Şəhriyar Məmmədyarovun çıxış etdiyi Şimali Makedoniya "Alkaloid”i Serbiyanın "İtaka” komandasını məğlub edib – 5:1. Şəhriyar Aleksandar İnciçə qalib gəlib.

Nicat Abbasovun çıxış etdiyi "Rayka Rapid”i Belçikanın "Fontan” komandasını 5,5:0,5 hesabı ilə məğlub edib. Nicat qara fiqurlarla Endi Mareşaldan üstün olub. 

Nərgiz Umudovanın şərəfini qoruduğu Belçika "Eşikye Mözan”ı da İsveçin "Vasa” komandasını 3,5:2,5 hesabı ilə məğlubiyyətə uğradıb. Nərgiz qara fiqurlarla Eqons Lavendelisə qalib gəlib.

Hazırda "Vüqar Həşimov” klubu səkkiz xala malikdir və birinci sıraya yüksəlib. Altı xala malik "Alkaloid” səkkizincidir. Dörd xal toplamış "Eşikye Mözan” və "Rayka Rapid” müvafiq olaraq 29 və 30-cu sıraya yüksəlib.

Qadınların yarışında isə "Odlar Yurdu” ilk məğlubiyyətini alıb. Zərif şahmatçılarımız turnir cədvəlinin ikinci sırasında yer alan Kiyev Şahmat Federasiyasının komandasına 1:3 hesabı ilə uduzub. Bu üzdən dörd xala malik olan komandamız altıncı sıraya yuvarlanıb.

Qeyd edək ki, "Vüqar Həşimov” bu gün üçüncü sırada olan İtaliyanın "Obiettivo Rizarçimento” komandası ilə görüşəcək. "Odlar Yurdu” isə Sloveniyanın "Maribor” komandası ilə qarşılaşacaq. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

"Mən itirdikcə qazandım" - Oksana

"İnsan itirdikcə qazanır... Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona... Ü...

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.    Sfera.az-ın məlumatına görə, hadisə bu...

Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"yə qalib gələrək finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, yarımfinalın cavab matçında "Qarabağ" "Ne...

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...