Vüqar Bayramov: “Seçiciləri dinləmədən onların qayğılarını və istəklərini bilmək mümkün deyil”
15:00 / 05.02.2020
1620
84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov Füzuli rayonundan kənarda
məskunlaşmış məcburi köçkünlərlə görüşlərini davam etdirir. Sumqayıt, Lökbatan, Şirvan, Sabirabad,
Beyləqan və İmişlidə yaşayan seçicilərlə görüşdən sonra deputatlığa namizəd Biləsuvar və Salyanda
məskunlaşmış həmyerlilərini də ziyarət edib.
Vüqar Bayramov platformasının məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və ölkənin
sosial-iqtisadi inkişafının sürətləndirilməsi başlığı altında qruplaşdırıldığını deyib: "Mən məcburi
köçkünləri maraqlandıran məsələləri yaxşı bilirəm. Çünki özüm də məcburi köçkünəm, eyni zamanda,
rəhbərlik etdiyim mərkəz mütəmadu bu sahədə araşdırmalar aparır. Xalqla təmasda olmadan, seçiciləri
dinləmədən onun qayğılarını və istəklərini bilmək olmaz. Parlamentə təmsil olunsam, daima sizin
yanınızda olacam. Mən Bakıda oturmaq üçün yox, sizin yanınızda olmaq, sizi maraqlandıran məsələləri
parlamentdə qaldırmaq üçün deputatlığa namizədliyimi vermişəm.”
Hər bir vətəndaşın, hər bir ailənin onun üçün önəmli olduğunu vurğulayan Vüqar Bayramov az və ya
çoxluğundan asılı olmayaraq bütün seçiciləri diqqətdə saxlayacağını, mütəmadi ziyarət edəcəyini
bildirib: "Sizinlə görüşümüzün məqsədi aramızda qarşlıqlı etimad yaratmaqdır. Parlamentdə təmsil
oluncağım təqdirdə, inşallah, belə görüşlərimiz çox olacaq.”
Görüşlərin sonunda təklif və qayğılarını səsləndirən seçicilər Vüqar Bayramova olan dərin inam və
güvənlərini ifadə ediblər.
Xatırladaq ki, bu görüşlərə qədər Vüqar Bayramov Füzuli rayonu ərazisindəki bütün yaşayış
məntəqələrində seçicilərlə görüşlər keçirib.