Vüqar Bayarmov: “Mən deputatlığa səlahiyyət kimi yox, məsuliyyət kimi baxıram”

Vüqar Bayarmov: “Mən deputatlığa səlahiyyət kimi yox, məsuliyyət kimi baxıram”
 
Yanvarın 28-də 84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov
seçicilərlə görüşlərinə Füzuli rayonunun Əhmədbəyli, Mahmudlu-2 və Qarabağ kəndlərindən
başlayıb.
300-ə yaxın seçicini öz tərcümeyi-halı və fəaliyyət barədə məlumatlandıran Vüqar
Bayramov onları əmin edib ki, deputat seçiləcəyi təqdirdə belə görüşləri mütəmadi keçirəcək,
onları dinləyəcək, fəaliyyətini seçiciləri maraqlandıran məsələlər üzərində quracaq: "Siz
seçdiyiniz deputata təkcə səlahiyyət vermirsiniz, həm də onun məsuliyyətini artırırsınız. Mən
deputatlığa səlahiyyət kimi yox, məsuliyyət kimi baxıram. Özümü bu məsuliyyəti şərəflə
daşımağa hazır hesab edirəm. Əməlimlə, işimlə, həmyerlilərimin yanında olmaqla verdiyim
sözün üstündə duracağam.”
Çıxış edən seçicilər Füzuli rayonunu təmsil etmək üçün ən layiqli namizədin Vüqar Bayramov
olduğunu, onu Milli Məclisdə görmək istədiklərini bildiriblər. Görüşdə deputatlığa namizədi
Milli Qəhrəman Vahid Quliyev və Qarabağ qazisi Həsən Əmirov müşayiət ediblər.

OXŞAR XƏBƏRLƏR