İdman

Voleybol üzrə Azərbaycan çempionatının bütün oyunları təxirə salındı

Voleybol üzrə Azərbaycan çempionatının bütün oyunları təxirə salındı
 Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb. 

Sfera.az xəbər verir ki, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı əsasında koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində keçirilməli olan matçları təxirə salınıb.

Təxirə salınmış oyunların nə zaman keçiriləcəyi hələ dəqiqləşməyib.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930