“Övladlarımızı özümüzünkülərdən də qorumalıyıq, baba, dayı, əmi...” – Psixoloqdan ilginc açıqlama

“Övladlarımızı özümüzünkülərdən də qorumalıyıq, baba, dayı, əmi...” – Psixoloqdan ilginc açıqlama
İmişlidə 11 yaşlı qızın hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi cəmiyyətdə geniş müzakirələrə yol açıb. Azyaşlının bundan sonrakı taleyi və sonrakı psixi durumu narahatlıq yaradır.

Maraqlıdır, 11 yaşında bu cür hadisə ilə üz-üzə qalan uşaqla hansı şəkildə işləmək lazımdır? Sözügedən hadisə hansı fəsadlara yol açacaq?

Məsələ ilə bağlı Sfera.az-a danışan psixoloq Aytən Ələkbərova hamilə qalmış uşağın anasının da mütləq mənada əqli cəhətdən probleminin olduğunu deyib:

"Uşağa qarşı bu cür cinsi zorakılıq edən insanın pedofillik xəstəliyindən əziyyət çəkdiyi görünür. Valideyn hamiləliyin bu mərhələsinədək uşaqda olan dəyişikliyi sezməli idi. Əgər sezmirsə, demək ki, əqlində problem var. Uşağın anası deməsin ki, evə zaman ayıra bilməyib, çalışıb və buna görə diqqətsizlik olub. Bu əsla səbəb deyil. Valideyn uşağın hamilləliyini sezməyibsə, necə olur ki, bu prosesi məktəb psixoloqu, yaxud müəllim də ayırd edə bilməyib?”
 
Psixoloq hesab edir ki, övladlarımızı elə birinci növbədə özümüzünkü adlandırdığımız şəxslərdən qorumalıyıq:
 
"Manyak vəziyyətinə düşmüş şəxs baba, dayı, əmi, hətta ata da ola bilər. Pedofil olan şəxs düşünmür ki, qarşısındakı kimdir. Onlar ancaq öz istəklərinə çatmağa çalışırlar. Uşaq bundan sonra daim psixoloq nəzarəti altında olmalıdır. Yəqin ki, bir müddət uşağın məktəbə getməsi ilə bağlı məhdudiyyət olacaq. Psixoloq uşaqla ünsiyyətdə olub həm nəzəri, həm də praktiki baxımdan onu nəzarətə saxlamalıdır”.
 
Psixoloq Fərqanə Mehmanqızı isə uşağın gələcəyi ilə bağlı zəncirvari faciələrin də yaşana biləcəyini qeyd edib:

"Bu kimi hadisələrin intensiv yaşanması insanı qorxuya salır. Belə hadisələr cəmiyyətdə baş verən böyük qlobal problemin qığılcımının işarəsidir. Bu hadisəni törədən şəxs ən ağır cəzanı almalıdır. Hadisənin özü nəinki qıza, onun yaxınlarına, hətta bu xəbərlə tanış olan hər kəsə travma yaşadır. Uşağın bundan sonrakı mərhələdə həyata baxışı tamamilə dəyişəcək. Onda cəmiyyətə nifrət, aqressiya yaranacaq. Bu uşaq gələcəkdə özünə müxtəlif formalarda ziyan verə bilər. Yeni doğulan körpəyə gəldikdə isə onun da hansı psixologiyada böyüyəcəyi bilinmir. Yəni bir uşaq üçün özündən 11 yaş böyük ana, zorakılıq əməli edən bir atanın varlığı ağır olacaq”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...