No Image
No Image

Övladlarıma sui-qəsd hazırlayanlar saxlanıldı - Lukaşenko

Övladlarıma sui-qəsd hazırlayanlar saxlanıldı - Lukaşenko
Övladlarıma sui-qəsd göstərməyi planlaşdıran bir qrup saxlanılıb.

Sfera.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus rəhbəri qeyd edib ki, qrupun üzvləri ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəlidir. Dövlət başçısı qeyd edib ki, Belarusun xüsusi xidmət orqanları onun övladlarına qarşı sui-qəsdin qarşısını almağa müvəffəq olublar.

Lukaşenkonun sözlərinə görə, cinayətkarlar əməliyyata uzun müddət hazırlıq görüblər, hətta oğurlayacaqları şəxsləri saxlamaq üçün xüsusi zirzəmi hazırlayıblar.

Belarus prezidentinin sözlərinə görə, sui-qəsddə Amerikanın xüsusi xidmət orqanlarının əli ola bilər.

"Biz qrupu yaxaladıq, onlar göstərdilər ki, bunların hamısın necə planlaşdırırdılar. Sonra biz (bu əməliyyatda-red) xarici xüsusi xidmət orqanlarının işini aşkarladıq, ehtimal ki, MKİ, FTB – bilmirəm, orada amerikalılardan kim işləyib. Biz onların Minskə gəlmək və prezidentə və uşaqlara sui-qəsdin təşkili ilə məşğul olmaq arzusunu aşkar etdik", - Lukaşenko jurnalistlərə deyib.

Onun sözlərinə görə, saxlanılanların uşağın (Lukaşenkonun övladlarının -red) ələ keçirilməsi planı varmış. Qrup üzvəri Homelsk əyalətində zirzəmi hazırlayıblar.

"Məni başqa şey təəccübləndirir. Niyə amerikalılar özlərini belə aparırlar? Prezidenti aradan götürmək məsələsi qoymaq, yadda saxlayın, ən yüksək siyasi rəhbərlikdən başqa buna heç kim razılıq verə bilmir. Yalnız onlar, başqa heç bir xüsusi xidmət orqanı", - Belarus prezidenti vurğulayıb.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ermənistan parlamenti ikinci dəfə Paşinyanın namizədliyini rədd etdi

Ermənistan parlamenti ikinci dəfə Nikol Paşinyanın ölkənin Baş naziri postuna irəli sürülmüş namizədliyini rədd edib. Sfera.az TASS-a istinadən xəbər veri...

Minlərlə insanın ölümünə səbəb olacağı deyilən raketlə bağlı RƏSMİ AÇIQLAMA

Çin nəzarətdən çıxan raketlə bağlı açıqlama verib.   Sfera.az-ın məlumatına görə, Çinin xarici işlər nazirinin rəsmisi Vanq Venbin qeyd edib ki, raket pa...

“Hamı dəhşətə gələcək” - Lukaşenko çevriliş hazırlığı ilə bağlı detalları açıqlayacaq

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə çevrilişə cəhdilə bağlı yeni məlumatlar açıqlayacağını bəyan edib.   Sfera.az xəbər verir ki, bu barəd...

"Sabah minlərlə adam öləcək, nəzarətdən çıxmış raket..." - Ağ Evdən qorxunc açıqlama

Çinə məxsis "Long March 5b" adlı raketin nəzarətdən çıxması və yerə düşə biləcəyi bir müddətdir ki, dünya mediasının gündəmindədir. Sfera.az xəbər verir...

Separatçı Luqansk lideri Donbasda vətəndaş müharibəsi elan etdi

"Donbasdakı münaqişə son bir neçə ayda şiddətlənib, Ukrayna isə razılaşmaları pozur”.   Sfera.az xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində q...

Çinin raketi Türkiyə üçün təhlükə yaratdı - Bu tarixdə İstanbula düşə bilər

Çinin 21 tonluq raketi Türkiyə üçün də təhlükə yaradıb.   Sfera.az bildirir ki, astronom Conatan Mikdovelin sözlərinə görə, raket İstanbul şəhərinə də dü...