Övladları Bred Pittin ad gününü təbrik etmək istəmədilər

Övladları Bred Pittin ad gününü təbrik etmək istəmədilər

Bred  Pitt və Ancelina Colinin böyük övladları atalarının 56 yaşı münasibətilə ilə təşkil olunmuş tədbirdə iştirak etməyiblər. Keçmiş cütlüyün kiçik uşaqları aktyorla münasibətləri saxlasalar da, böyük uşaqlar – övladlığa götürülənlər onu sadəcə görməzdən gəliblər. 

"E! News” xəbər verir ki, onun ad günü tədbirinə ancaq kiçik övladları gəlib. Şaylo, Noks və Vivyen Bredin Los-Ancelesdəki evində bir neçə saat keçirdikdən sonra cangüdənləri və sürücüləri onları geri aparıb.

"Bred bu görüşü çoxdan gözləyirdi, digər övladlarını görmədikdə çox kədərləndi”, - deyə xəbərdə bildirilir.

Qeyd edək ki, boşandıqdan sonra ulduz cütlük bir-biriləri ilə ünsiyyət qurmurlar. Coli keçmiş ərini alkolizmdə və aqressiv davranışda ittiham etmişdi. Pitt zərərli vərdişdən qurtulmaq üçün, hətta psixoloji yardım alıb. Çünki uşaqların himayəsini almış Ancelina, ancaq bu halda ona övladları ilə görüşməyə icazə verirdi.

Növbəti dəfə aktyor Yeni il ərəfəsində övladları ilə görüşə biləcək.

"Onların sevimli ailə ənənələri var. Pitt uşaqları üçün hədiyyələr hazırlayır, sonra süfrə arxasına keçib, birlikdə yemək yeyib, musiqi dinləyirlər. Bred hər zaman uşaqların hədiyyə seçiminə diqqətlə yanaşır. Qiymətli deyil, uşaqlara lazım olacaq hədiyyələr alır”, - deyə nəşr mənbəyə istinadla bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Coli və Pitin 13 yaşlı qızı Şaylo adını dəyişərək Con olub. Hazırda o, cinsini dəyişmək üçün hormonal terapiya kursundan keçir. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...