Vladimir Jirinovskiyə cinayət işi açılmalıdır - “Gör, Rusiya nə günə qalıb ki…”

Vladimir Jirinovskiyə cinayət işi açılmalıdır -  “Gör, Rusiya nə günə qalıb ki…”
Məlum olduğu kimi, Rusiya Daxili İşlər Nazirliyinin Azərbaycanın sabiq səfiri İsfəndiyar Vahabzadənin Rusiya ərazisinə girişinə 50 il müddətinə qadağa qoyub.

Xatırladaq ki, İsfəndiyar Vahabzadə müsahibəsində rus xalqı barədə qeyri etik ifadələr işlədib.

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Cümşüd Nuriyev Azərbaycan xalqı və dövlətini dəfələrlə təhqir etmiş Rusiya Dövlər Dumasının üzvü Vladimir Jirinovskinin persona non-qrata elan edilməsini təklif edərək, ona cinayət işinin açılmasını təklif edib:

"Jirinovski ölkəmizdə persona non-qrata elan edilməlidir. Azərbaycan heç zaman onu qəbul etməsin. Jirinovski Azərbaycan dövləti, xalqı və Prezidentini təhqir etdiyindın nəinki ölkəmizə gəlişinə qadağa qoyulmalı, hətta ona cinayət işi qaldırılmalıdır. Necə olur ki, bir Azərbaycan vətəndaşı ruslarla bağlı fikri söyləyən kimi bütün Rusiya çalxalanır, əl-ayağa düşür. Biz niyə danışmırıq?”

Həmsöhbətimizin fikrincə, şimal ölkəsinin Vahabzadə barədə verdiyi qərar əslində Rusiyanı aşağılayan bir yanaşmadır: "Rusiya DİN-nin belə bir qadağa qoyması bu dövlətə şərəf gətirmir. Əksinə, Rusiyanın bir dövlət kimi mövqeyini zəiflədir. Gör, dünyanın ikinci hegemon dövləti nə günə qalıb ki, Azərbaycanın bir keçmiş səfirinin şəxsi fikirinə görə onun Rusiyaya girişinə 50 il qadağa qoyur. Gülməli, biabırçı  qərardır”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...