Vladimir Jirinovskini nə əsəbləşdirmişdi? – Politoloqlar şərh edir

Vladimir Jirinovskini nə əsəbləşdirmişdi? – Politoloqlar şərh edir
"Rusiya Dövlət Dumasının sədr müavini, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinoviskinin ölkəmizə qarşı təhdidləri və çevirliş ssenarilərini dilə gətirməsini heç də  onun dəlisov şəxsi fikri kimi qiymətləndirmək olmaz”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O , Jirinovskinin Rusiya Federasiyasının rəsmi şəxsi olduğunu xatırladıb.
 
Politoloqun sözlərinə görə, onun Azərbaycan haqda dedikləri son vaxtlar Rusiya-Azərbaycan arasında davam edən gərginliyə əsaslanır: "Bu gərginlik Rusiya tərəfindən qaynaqlanır. Azərbaycanın Türkiyə ilə Şuşa Bəyannaməsi imzalaması, ardınca Türkiyə və Pakistanla Bakı Bəyannaməsi, həmçinin Azərbaycanın Gürcüstanda NATO təlimlərində iştirakı Kremli özündən çıxarıb. İkincisi, bir müddət əvvəl KTMT-nin Düşənbədə keçirilən konfransında müşahidəçilik institutunun yaradılması və Azərbaycanın da burada yer alacagı Rusiya rəsmiləri tərəfindən açıqlandı. Görünür, Moskva Bakıdan müsbət mesaj gözləyirdi.

Görünür, Jirinovski Kreml kluarlarında Azərbaycan əleyhinə formalaşan siyasəti dilə gətirir. Rusiyada  hesab edirdilər ki, Azərbaycan Qarabağ müharibəsindən sonra, Avrasiya İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzv olacaq. Amma  Azərbaycanın seçimi Türkiyə ilə birgə kordinasiyalı fəaliyyət oldu. Təbii ki, prezident İlham Əliyevin bu strategiyası ölkəmizin müstəqilliyinin gücləndirilməsinə gətirib çıxarır. Rusiyanın bu mövqeyi ölkəmizə təhdidir və Moskva hələ də qonşularına qarşı aqressiv siyasəti həyata keçirir. Rusiya anlayır ki, Qarabağda sülhməramlı fəaliyyəti Azərbaycan cəmiyyətində haqlı narazılıq doğurub. Odur ki, Rusiya şantaj yoluna keçib”.

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə saytımıza açıqlamasında deyib ki, hazırda Moskvanın istəyi bəllidir:
 
"Azərbaycan və Ermənistan sərhəd problemlərində Moskva Bakının qışa qədər atacağı addımlara səssiz qalacaq . Lakin, öz növbəsində, Qarabağın dağlıq hissəsində ermənilərin kompakt yaşadığı rus sülhməramlılarının nəzarəti altındakı ərazilər məsələsi Bakı və İrəvan arasında müzakirə predmeti olmayacaq. Rusiyadakı bəzi qüvvələr Xankəndini və ətraf rayonları siyasi statusu dondurulmuş,  məhz sülhməramlıların idarə edəcəyi nöqtə sayır. Aydın məsələdir ki, bu ərazilərlə bağlı gələcəkdə Azərbaycana qarşı aparılacaq pressinq məhz Rusiya və Fransa tərəfindən həyata keçiriləcək.

Jirinovski ölkəsində olan siyasi mənzərəni Azərbaycana şamil etməyə çalışsa da, bu onda uğursuz alındı. Siyasi təlxək başa düşməlidir ki, Azərbaycanda bu gün xalq - iqtidar birliyi var və 1920-ci ildən fərqli olaraq, indi biz istənilən xarici aqressiyaya qarşı  xalq və dövlət kimi sinə gəlməyə hazırıq.  Xarici dövlətlərin Qafqazlarda maraqlarının reallaşmasının bir yolu var. Azərbaycanın bugünkü gücü ilə barışmaq”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

"Fransa bölgəni münaqişə zonasına çevirmək üçün Ermənistanı sürətlə silahlandırır" - Deputat

“Fransa Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən, diplomat Pr...

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...