“VİZA göstər, VİSA Al” uğurla davam edir

“VİZA göstər, VİSA Al” uğurla davam edir

"AtaBank” ASC-nin növbəti dəfə start verdiyi və müştərilərə çoxlu sayda bank kartı hədiyyə etdiyi "VİZA göstər, VİSA Al” kampaniyası uğurla davam edir. Bu kampaniya çərçivəsində xarici ölkələrə səyahət etmək üçün VİZA əldə etmiş müştərilər, AtaBank-dan pulsuz Visa Classic və ya Visa Gold plastik kartına sahib ola bilərlər. İştirak etmək üçün bankın ən yaxın filial və ya şöbəsinə şəxsiyyət vəsiqəsi və xarici pasportlamüraciət etmək və qüvvədə olan vizanı bankın əməkdaşına göstərmək kifayətdir. Müştərinin səyahət edəcəyi ölkədən və vizanın müddətindən asılı olaraq Visa Classic və ya Visa Gold kartı hədiyyə edilir.

Xatırladaq ki, hədiyyə bank kartları müştərilərə yalnız ABŞ dolları və ya AVRO valyutasında açıla bilər. Bu kartlarla həm ölkə daxilində, həm xaricdə rahat və təhlükəsiz şəkildə ödənişlər həyata keçirmək mümkündür.

Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və31 oktyabr2019-cu il tarixinədək davam edir.

Visa kartlarından dünyanın 200-dək ölkəsində istifadə etmək mümkündür. Bu kartlardan istifadə edərək müştərilər həm ölkədaxilində, həm də xaricdə POS-terminal vasitəsi ilə və ya online alış-veriş edə, AtaBank-ın AtaNet İnternet və ya Mobil Bankçılıq əlavəsinə daxil olaraq müxtəlif bank əməliyyatlarını həyata keçirə bilərlər.

WhatsApp/Telegram istifadəçiləri050 9999136nömrəmizə yazaraq və ya bankın internet səhifəsini//atabank.com/az/ziyarət edərək Visa plastik kartları və kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilərlər.

 



OXŞAR XƏBƏRLƏR

Prezident: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik"

Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İl...

Uşaq ölümlərinin əsas səbəbi AÇIQLANDI - STATİSTİKA

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) uşaq ölümlərinin və yaralanmalarının yarısı partlayıcı maddələrdən qaynaqlandığını açıqlayıb.   ...

Azərbaycan Prezidenti: "Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib"

Dayanıqlı inkişaf və enerji ilə bağlı. Düşünürəm ki, iqtisadi göstəricilərimiz və sosial proqramlarımız bunu aydın şəkildə göstərir. Neft və qaz gəlirləri işsiz...

İlham Əliyev: "Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir"

Gənc nəslin təhsilinə gəldikdə, biz bu sahədə çalışırıq. Bu, bizim əsas prioritetlərimizdən biridir.   Sfera.az-ın məlumatına görə, bu sözləri P...

Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünəndən etibarən ABŞ-da Azərbaycan rəsmilərinə qarşı sanksiyalar məsələsinin gündəmə gəlməsi içimizdəki satqınların da absurd iddialarına yenidən start vermələ...

Prezident: "Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik"

Hesab edirəm ki, əgər biz Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli toqquşmaya son qoysaq və sülh sazişini imzalasaq, bütün söylədikləriniz yaxın zamanlar...