\"Visa\" Dağlıq Qarabağda fəaliyyətini dayandırdı

\
 

"Visa" kartı işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyətini dayandırıb.

 

Qaynarinfo xəbər verir ki, "Visa" Dağlıq Qarabağda Ermənistan bankları tərəfindən quraşdırılan 20-dən çox bankomatda nağd və nağdsız əməliyyatları dayandırıb.

Qeyd edək ki, "Visa" 1997-ci ildən bəri Azərbaycanda fəaliyyət göstərir. Ölkədə 3 milyona yaxın "Visa" kartı mövcuddur.


OXŞAR XƏBƏRLƏR