Virusa yoluxan tibb işçilərinin yenidən işləməsinə icazə verilməyəcək – RƏSMİ

Virusa yoluxan tibb işçilərinin yenidən işləməsinə icazə verilməyəcək – RƏSMİ
 

Koronavirus pandemiyası ilə mübarizədə ön cəbhədə vuruşan şəxslər sırasında tibb işçilərinin rolu danılmazdır.

COVID-19 virusuna yoluxan xəstələr ilə ən çox kontaktda olanlar həkimlər olduğuna görə onların da virusa yoluxma riski yüksəkdir.

Ölkəmizin müxtəlif şəhərlərində də bir sıra səhiyyə işçiləri bu virusa yoluxub.

Məsələ ilə bağlı Qazet.az-a məlumat verən 1 saylı Sumqayıt şəhər xəstəxanasının Baş həkimi Mətləb Hüseynov həkimlərin müalicə prosesinin uğurla davam etdiyini bildirib.

"Tibb işçiləri bütün dünyada yoluxur. Bu iş belə işdir ki, orada çalışan işçilərin heç biri virusa yoluxmaqdan sığortalanmayıb. İşçilərimiz müalicə olunurlar, artıq yaxşılaşırlar”.

Qazet.az-ın suallarını cavablandıran Mətləb Hüseynov işə qayıtmaq istəyən tibb işçilərinin qayıtmasına icazə verməyəcəklərini söyləyib.

"Hətta bəziləri sağalandan sonra yenidən işə çıxmaq istəyir. Amma biz onlara icazə verməyəcəyik. Müalicə olunduqdan sonra tam 28 gün karantində olsunlar, sonra məsələyə baxılacaq”, – deyə M. Hüseynov qeyd edib.


OXŞAR XƏBƏRLƏR