\"Virus yoxdur\" - deyənlər bizim düşmənlərimizdir
Ona görə də mən düşünürəm ki, cərimələr artırılmalıdır, daha sərt qanunlar qəbul ediməlidir. Uzun müddətdir ki, ayrı-ayrı ölkələrdə tətbiq olunan qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzas da tətbiq olunur. Cərimələrin tətbiq olunması vətəndaşların məsuliyyətini artıracaq və bununla da infeksiyaya yoluxma halları da azalacaq..
Qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Ümumilikdə hansı tövsiyələr varsa, onlara mütləq şəkildə əməl edilməsi vacibdir. Hətta bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq".
İctimai fəalın fikrincə,Hamı bilməlidir ki, tətbiq olunan qaydalar, ilk növbədə, onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Karantində yumşalma olubsa, insanlar bundan sui-istifadə etməməlidir, vacib olmadığı təqdirdə evdən çıxmaq, harasa getmək məsləhət görülmür, sosial tədric davam etməlidir.
Ölkəmiz hamımız üçün əzizdir və biz onu qorumalıyıq!