“Virus təhlükəlidir, ancaq özümüzdə də günah var: ”-ELNUR ALLAHVERDİYEVDƏN ÇAĞIRIŞ

“Virus təhlükəlidir, ancaq özümüzdə də günah var: ”-ELNUR ALLAHVERDİYEVDƏN ÇAĞIRIŞ
 

Üç aya yaxındır ki, dövlətimiz görünməyən düşmənlə – yeni növ koronavirus pandemiyası ilə mübarizə aparır. Başda cənab Prezidentimiz İlham Əliyev olmaqla hökumətimiz bu bəlanın xalqımızdan yan keçməsi üçün maksimum səylər göstərir. Bu mübarizədə xalq, cəmiyyət və dövlət olaraq böyük uğurlara imza atmışıq. Vaxtında görülmüş tədbirlər və elan olunmuş karantin rejimi hesabına pandemiyanın fəsadları dünyanın digər dövlətlərindəkitək miqyaslı deyil, itkilərimiz isə minimum səviyyədədir.Pandemiya iqtisadiyyata və vətəndaşların rifah halına böyük zərbədir.

Sfera.az xəbər verir ki, bunu millət vəkili Elnur Allahverdiyev deyib.

O, qeyd edib ki, dövlətimiz bu itkilərin aradan qaldırılması istiqamətində tədbirlər görür. Bununla belə, cəmiyyət və dövlətin ayaqda dayanması üçün iqtisadiyyat fəaliyyət göstərməlidir. Bunun üçünsə müvafiq şərait olmalıdır.

"Təəssüf ki, karantin rejiminin yumşaldılması gözləmədiyimiz nəticələr hasil edir. Covid-19 virusuna qalib gəlirik deyə ümid edərkən pandemiyanın qurbanlarının və ona yoluxanların sayında artım müşahidə olunur. Etiraf etməliyik ki, virus təhlükəlidir, ancaq özümüzdə də günah var. Qoruyucu maskalardan yetərincə istifadə etmirik, karantin rejiminin tələblərinə lazımi səviyyədə məhəl qoymuruq, vaxtından əvvəl arxayınlaşmışıq. Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə həftəsonu günlərini evlərimizdə keçirməli, şəhər və küçəyə çıxmamalı və bununla da virusun yayılmaması üçün öz vətəndaşlıq borcumuzu yerinə yetirməliyik. Ailələrimiz və övladlarımız, valideyinlərimiz və yaxınlarımız, cəmiyyətimiz və dövlətimiz naminə. Millət vəkili olaraq mən də öz növbəmdə xahiş və çağırış edirəm: gəlin dövlətin tətbiq etdiyi və bizim sağlamlığımız üçün edilən məhdudiyyətlərə riayət edək.Biz birlikdə güclüyük!”-deyə, o, əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...