“Virtual məktəb”də şagirdlərin və müəllimlərin qeydiyyatı aktivləşir

“Virtual məktəb”də şagirdlərin və müəllimlərin qeydiyyatı aktivləşir
 

"Virtual məktəb”də şagirdlərin və müəllimlərin qeydiyyatı yeni tədris ilində aktivləşir.

Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, platformada daha əvvəl qeydiyyatdan keçməmiş şagird və müəllimlər virtual.edu.az saytına daxil olub, FİN və yaxud ÜTİS kodu vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesi ilə bağlı ətraflı təlimatla buradan tanış olmaq mümkündür (rb.gy/j6raxf).

Qeydiyyatı ötən tədris ilində tamamlamış şəxslər istifadəçi adı və sistem tərəfindən verilmiş şifrələrlə "Virtual məktəb”ə daxil ola bilərlər. İstifadəçi adı qeydiyyat zamanı verilən 7 rəqəm və @student.edu.az birləşməsindən ibarətdir. Şifrə və istifadəçi adını unutmuş şəxslər "Qeydiyyat" bölməsindən şifrə bərpası edə bilərlər. Şifrə bərpası ilə bağlı daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür (rb.gy/mq4jyb).

Cari tədris ilindən etibarən məktəb rəhbərləri tərəfindən "Virtual məktəb”dəki siniflərin formalaşması funksionalı əlavə olunub. Belə ki, hazırda məktəb direktorları və direktor müavinləri sistemə daxil olaraq, profillərində rəhbərlik etdikləri məktəblərin siniflərini və müəllimlərini əlaqələndirərək, idarə edə bilərlər. Müəllimlər təyin olunduqları sinifləri aktivləşdirərək, şagirdlərinə "Virtual məktəb”in yeni tədris ilindəki siniflərinə çıxışı təmin edəcəklər.

Qeyd olunan proses tamamlanana qədər, şagirdlər və müəllimlər Ümumi (General) qruplarda və arxivləşdirilmiş 2019-2020 tədris ilinin qruplarında tədris prosesini təşkil edə bilərlər.

Məktəblərdə siniflərin komplekləşməsi prosesinin 30 sentyabr tarixində bitəcəyini nəzərə alaraq, yeni tədris ili üzrə siniflərin formalaşması oktyabr ayında tamamilə yekunlaşacaq.

Cari tədris ilində məktəbəhazırlıq qrupları və 1-ci sinif üzrə qeydiyyat həmin siniflər üzrə qəbul prosesinin tamamlanması ilə əlaqədar olaraq, oktyabr ayında mümkün olacaq.

Məktəb rəhbərləri və müəllimlər ətraflı təlimatla buradan tanış ola bilərlər (rb.gy/0kjnak).

Təhsilalanlar Ümumi (General) qruplar vasitəsilə, teledərslər, elektron dərsliklər, müvafiq tapşırıqlar və əlavə tədris resursları ilə tanış ola biləcəklər. Bununla yanaşı, "Virtual məktəb”in müəllimləri üçün Təhsil Nazirliyi tərəfindən platformadan istifadə ilə bağlı ödənişsiz onlayn təlimlər davam etməkdədir. Təlimlərə qoşulmaq üçün buradakı sorğunun tamamlanması kifayətdir (rb.gy/de2fy7).

Cari tədris ilində "Virtual məktəb”in texniki dəstək xidmətindən bəhrələnmək üçün vətəndaşlar müraciətlərini elektron poçt vasitəsilə [email protected] ünvanına göndərə, virtual.edu.az vasitəsi ilə "Virtual Bələdçi”nin tez-tez verilən suallar xidmətindən istifadə edə, sosial media vasitəsilə "Virtual məktəb”in rəsmi "Facebook" səhifəsinin (//rb.gy/fdrnxn) ismarıc bölməsinə yaza, yaxud da "Qaynar xətt” vasitəsilə 146-4 nömrəsinə zəng edərək, suallarını ünvanlaya bilərlər. Qaynar xətt xidməti I-V günlər saat 09:00-dan 18:00-a kimi fəaliyyət göstərəcək.


OXŞAR XƏBƏRLƏR

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...