Tanınmış müğənnidən kişi həmkarlarına sərt mesaj: Onlar qorxularından həyat yoldaşlarını gizlədirlər

Tanınmış müğənnidən kişi həmkarlarına sərt mesaj: Onlar qorxularından həyat yoldaşlarını gizlədirlər

Kişi müğənnilərin, yəqin ki, hamıdan gizlətdiyi və ya qorxuduğu bəzi məqamlar var ki, bu səbəbdən həyat yoldaşları ilə birlikdə tədbirlərə qatılmırlar. Mənim isə belə bir qorxum yoxdur.

Sfera.az xəbər verir ki, bu sözləri "Start” telekanalının aparıcısı, tanınmış müğənni Seyran Babayev bildirib.

İfaçı bəy həmkarlarının həyat yoldaşlarını mediadan uzaq tutmalarını bu cür qələmə verib:

"Bəzi sənət yoldaşlarımdan fərqli olaraq, bu mövzuda çox rahat, sərbəst və arxayınam. Müəyyən mərasimlər və ya tədbirlər var ki, oraya həyat yoldaşımla qatılıram. Dostlarımın, əzizlərimin dəvət etdiyi yerlərə xanımımla gedirəm”.

Daha sonra Seyran ifaçılıq karyerasına "Stop” qoyduğunu söyləyib:

"İfaçılıq sənətini (mahnı, klip - red.) hələlik dayandırmışam. "Stop” deməyimin səbəbi isə qazancımın olmamasıdır. Aparıcı fəaliyyətimi davam etdirirəm. Öz üzərimdə çalışıram, maksimal dərəcədə bu istiqamətdə özümü inkişaf etdirmək istəyirəm. Bu sahədə öz bacarıq və biliklərimi ortalığa çıxarmaq istəyirəm. Gündən-günə dinləyicilərimin sayı daha da çoxalır. Bu isə məni çox sevindirir”.

S.Babayev millət vəkili Qüdrət Həsənquliyevin Milli Məclisdə müzakirəyə çıxardığı "Müğənnilər 15 min manata toya gedirlər, 30 manat vergi ödəyirlər” mövzusunu belə şərh edib:

"Müəyyən tədbirlərdə istər aparıcı, istər "fəhlə” kimi  getsəm də, mənim pulumu bank hesabıma köçürürlər və oradan üzərimə düşən vergini ödəyirəm. Mən vergi ödəyən məşhurlardanam (gülür).

Rəsmi olaraq 2017-ci ildən dövlətə vergi ödəyirəm. Əgər bir sənətçi öz sahəsindən pul qazanırsa, dövlətin qoyduğu qanuna görə vergisini ödəməlidir. Bundan gözəl nə ola bilər ki?!”

Seyran Babayev şou-biznesdə canlanmanın olduğunu bildirsə də, bir çox müğənnilərin repertuarında yer alan mahnıların onun zövqünə mənfi təsir göstərdiyini dilə gətirdi:

"Hazırda şou-biznesdə canlanma, müğənnilər arasında rəqabət var. Klip baxımından da müğənnilər bir-birinin ardınca keyfiyyətli işlər təqdim edirlər. Hətta vaxtı ilə dırnaqarası baxdığımız ifaçıların belə çəkdikləri kliplər baxımlı və gözoxşayandır. Amma bunu müğənnilərin ifa etdiyi mahnılara aid etmək olmaz.

Mahnıları dinləməmək şərti ilə keyfiyyət baxımından ekran işləri əladır. İfa etdikləri mahnıları bəyənmirəm, dinləmirəm və xoşum da gəlmir. Dinləyib zövqümü korlamaq istəmirəm. Bir neçə müğənnilər var ki, onların mahnılarının bir-iki notunu dinləyə bilərəm. Onların adlarını ağzıma almaq istəmirəm, "Youtube”dakı "Trend”i açıb, baxmaq kifayətdir”.(oxu.az)

 


OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...