Alimlər yuxuda insana dəhşət yaşadan səbəbi açıqlayıb

Alimlər yuxuda insana dəhşət yaşadan səbəbi açıqlayıb

Yetkinlərin səkkiz faizi yuxuda başqa dünyadakı qüvvələrin varlığını hiss edir. Sxem təkdir: qəfil kiminsə baxışından oyanır və tərpənə bilmirsən. Bəziləri kiminsə sinəsində oturaraq boğazını sıxdığını hiss edir. Həkimlər bunu yuxu iflici adlandırırlar. Bu vəziyyət xroniki yorğunluq, stress və yuxusuzluqdan meydana gəlir.

"Dəhşət filmi kimi”

"Mən oyanıram və başa düşürəm: tərpənə bilmərəm. Qışqırıram, "Ana, mənə kömək et”, amma o, dəhşətli filmlərdə olduğu kimi məni eşitmir və sakitcə televizora baxır. Sanki mən gözəgörünməz bir xəyalam. Bəli, bu dəhşətlidir. Bədəninlə heç nə edə bilmirsən. Kimsə yanındadır, amma sən hərəkət edib söz deyə bilmirsən”. 

 

İnternetdə buna bənzər bir çox hadisələr var. Amerikalı tədqiqatçılar hətta belə etirafları topladıqları bir sayt da yaradıblar. Onların dediyinə görə, ən çox ağır stress və yuxusuzluq yaşayan tələbələr yuxu iflicindən (28 faizdən çox) əziyyət çəkirlər. Bəzi hesablamalara görə, yetkinlərin isə təxminən səkkiz faizi həyatlarında ən azı bir dəfə bu vəziyyətlə qarşılaşıblar.

"Qəfil yuxu”

"İnsan yatanda əvvəlcə səthi bir xəyala dalır, sonra yuxu dərinləşir, sonda isə yuxu görür - bu sürətli yuxu fazasıdır. Bu zaman insanın yuxusunda gördüklərini hərəki olaraq etməməsi üçün əzələ tonusu aşağı düşür. Belə yuxu bəzən çox tez, bəzən isə çox gec gəlir. Bəzi hallarda insan yuxuya getmədən əzələ tonusu düşür. Bu zaman insan ətrafında baş verən hər şeyi eşidir, amma reaksiya verə bilmir və bu da yuxu iflicinin bir növüdür”, - deyə Seçenovski Universitetinin sinir xəstəlikləri və neyrocərrahiyyə kafedrasının dosenti, 3 nömrəli Universitet Klinik Xəstəxanasının Yuxu Tibb şöbəsinin müdiri, tibb elmləri namizədi Mixail Poluektov bildirib.

"Cənubi isveçrəli, neyromərkəzinin professoru, həmkarım Klaudio Basetti ilə birlikdə üçüncü ildir ki, sinir sistemi xəstəliklərindən biri olan yuxu iflici xəstəliyi narkolepsiyanı araşdırırıq. Əldə etdiyimiz məlumatlara görə, hallüsinasiyalar və yuxu iflici narkolepsiya xəstələrinin demək olar ki, 60 faizi üçün xarakterikdir. Ancaq əksi düz deyil. Yuxu iflici keçirənlərin çox az hissəsi narkolepsiya xəstəliyindən əziyyət çəkir. Buna görə də bu vəziyyət bir dəfə baş verərsə, cəld həkimə müraciət etməyinizə ehtiyac yoxdur. Bu tez-tez baş verirsə, əlbəttə ki, bir mütəxəssislə məsləhətləşmək daha yaxşıdır. Xüsusilə, risk altında - 15-25 yaş arasındasınızsa...”, - deyə Klaudio Bassetti açıqlama verib.


 


OXŞAR XƏBƏRLƏR

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...