Virciniyadakı həmyerlilərimiz Qarabağa belə dəstək oldu - VİDEO

Virciniyadakı həmyerlilərimiz Qarabağa belə dəstək oldu - VİDEO
Virciniyada yaşayan azərbaycanlılar da müharibə günlərində ordu üçün əllərindən gələn dəstəyi əsirgəmir.

Sfera.az xəbər verir ki, ABŞ-ın Virciniya şəhərində azərbaycanlılar tərəfindən orduya maddi dəstək məqsədi ilə yarmarka təşkil edilib. Qeyd edək ki, havanın yağmurlu olmasına baxmayaraq soydaşlarımız açıq yarmarkada müxtəlif yeməklər bişirib satışa çıxarıb. Onlar tək maddi baxımdan deyil həm də mənəvi baxımdan ordumuzun yanında olduqlarını dilə gətirib. Vətəndaşlarımız bildirib ki, xaricilər tərəfindən bu təşəbbüsə maraq böyükdür. Xüsusilə milli mətbəx diqqət çəkir. Hətta bəzi alıcılar alış-veriş etdikdən sonra belə orduya yardım üçün əlavə ianə də etməkdən çəkinmir.

Yarmarkada uşaqdan-böyüyə bütün yaş qruplarında olan azərbaycanlılar aktivlik göstərir. Soydaşlarımız həm informasiya savaşında həm də bu üsulla ordunun, Vətənin yanında olduqlarını bildirirlər.

Ətraflı Aynur Talıbovanın reportajında izləyə bilərsiniz:
 


OXŞAR XƏBƏRLƏR