Vilayət Eyvazov polkovnik-leytenantı rəis müavini təyin etdi
20:19 / 24.02.2022
4417
Göygöl rayon Polis Şöbəsinə yeni rəis müavini təyin olunub.
Sfera.az xəbər verir ki, bunun bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Müvafiq əmrlə bu vəzifəyə polis polkovnik-leytenantı Elzadə Cəfərov təyin olunub.
O, daha öncə Daşkəsən rayon Polis Şöbəsində xidmət üzrə rəis müavini vəzifəsində çalışıb.