“Vilayət Eyvazov nazirlikdə yeni islahata başlayacaq” – Açıqlama

“Vilayət Eyvazov nazirlikdə yeni islahata başlayacaq” – Açıqlama
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamına əsasən Vilayət Eyvazov Daxili işlər naziri təyin olundu. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə yeni təyinatla bağlı "Yeni Sabah”a münasibətini bildirib. O qeyd edib ki, bu təyinat məqsədəuyğundur:

"Əvvəla qeyd edim ki, Vilayət Eyvazov uzun illərdir daxili işlər orqanlarında çalışır. Tamamilə Ramil Usubovun yetirməsidir. O, Ramil müəllimin iş üslubuna, keyfiyyətinə, təşkilatçılığına bələd olan bir insandır. Hesab edirəm ki, onun Daxili işlər naziri təyin olunması olduqca məqsədəuyğun idi.

Çünki o, polis strukturunu və əməkdaşlarını yaxından tanıyan biridir. Kənar adamın ora təyin olunması müəyyən çətinliklər yaradardı. Çünki ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasının ağır yükü həmişə polisin çiynində olub. Təbii ki, hüquq-mühafizə orqanlarının, təhlükəsizlik xidmətinin də, amma ictimai asayişdən söhbət gedirsə, həmişə polisin çiynində olub. Ona görə, bu qurumlar içində yaxından tanış olan və müəyyən idarəçiliyə və nüfuza malik olan şəxsin təyin olunması və təyinatın Vilayət müəllimin şəxsində olması məqsədəuyğundur. 

Hesab edirəm ki, cənab Prezident ölkədə yeni islahatların başlanğıcı siqnalını verib. Bununla bağlı fərman və sərəncamlar verir. Aprel ayının 3-də məhkəmə hüquq sahəsində islahatların daha da dərinləşdirilməsi ilə bağlı fərmanla bağlı, həm də kadr islahatlarının aparılması vacibdir. O cümlədən, yeni kadr islahatı həm Dövlət Təhlükəsizlik Xidmətinə Əli Nağıyevin təyin olunması, həm Daxili işlər naziri kimi Vilayət müəllimin, həm də Mədət müəllimin başqa sahəyə təyini bu islahatların tərkib hissəsidir. 

Məncə, Vilayət Eyvazov daxili işlər orqanlarında yeni islahatın aparılması mərhələsinin başlanğıcını qoyacaq. O mənada demirəm ki, bu orqanlarda hansısa qüsurlar var idi. Ancaq günün tələblərinə uyğun, Ramil Usubovun apardığı islahatların davamçısı olaraq bu sahədə sözünü deyəcək”. 

Deputat bu sahədə hansı dəyişikliklərə ehtiyac olduğundan da danışıb:

"Birincisi, arzu edərdim ki, daxili işlər orqanlarında yeni təyin olunmuş rəhbər şəxslərdən sonra həmin idarə və şöbələrdə digər əməkdaşların yerdəyişmələrinə və təyin olunan rəisin öz adamlarının o yerə, rəhbərlik etdiyi quruma gətirilməsinə son qoyulsun. Yəni rəis təyin olunduqdan dərhal sonra tutaq ki, rayon polis idarəsinin rəisi müəyyən adamları şöbə rəisi və müavinləri, digər vəzifəli şəxslərin yerlərinin dəyişdirilməsinə çalışır. Belə hesab edirəm ki, bu lazım deyil. Çox istəyərdim ki, Vilayət müəllim bu sahədə olan müəyyən məqamları artıq dayandırsın. 

Hansısa rəhbər şəxs işindəki nöqsanlara görə, vəzifəsindən kənarlaşdırılmayıbsa, yeri dəyişdirilibsə, onda onun tabeçiliyində olanların yeni təyinatla yerlərinin dəyişdirilməsi, sərəncama göndərilməsi praktikasına son qoyulmalıdır.

Bu, polis əməkdaşları arasında müəyyən narazılıqlara səbəb olan məqamlardan biri idi. 

Vaxtilə Vilayət Eyvazovla görüşlərimin birində bu məsələni qabartmışdım. Ümumilikdə, Azərbaycan polisi Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması ilə bərabər, həm də ictimai asayişin qorunmasında həmişə olduğu kimi öndə olmalıdır və olacaqlar. Həm də keçmiş Daxili işlər naziri Ramil Usubov kimi müəyyən insanlar üçün əlçatan olmalıdır. Millət vəkilləri olaraq həmişə Ramil müəllimlə kontaktda ola bilirdik. Digər qurumların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, redaktorlar üçün də Ramil müəllim əlçatan idi. Bu praktikanın davamlı olmasını arzu edərdim. 

Ümumilikdə, cənab Prezidentin qarşıya qoyduğu müəyyən tələbləri hələ bilmirik, praktikada görəcəyik. Hesab edirəm ki bu tələblərin yerinə yetirilməsində Vilayət müəllim öz peşəkarlığı, savadı, nüfuzu və şəxsi keyfiyyəti ilə öndə olan nazirlərdən biri olacaq. Ona uğurlar arzu edirəm”. 

DYP ilə bağlı narazzılıqlara gəldikdə Ç. Qənizadə qeyd edib ki, Dövlət Yol Polisinin əməkdaşlarının son illərdəki davranışı, insanlarla münasibəti və əsassız yerə insanların saxlanması ilə bağlı hər hansı xoşagəlməz halların azalması və sıfıra enməsinə görə, DYP ilə bağlı neqativ fikirlər söyləmək düzgün deyil: 

"Çünki onlar da gecə-gündüz iş başındadırlar. Şəhərdə, yollarda bizim müəyyən təhlükəsizliyimizi qoruyurlar. Daxili işlər orqanları böyük bir qurumdur. Say etibari ilə insanlarla işləyən, həm də kəmiyyət və keyfiyyətcə insanlarla daha çox təmasda olurlar. Müəyyən narazılıqlar ola bilər, amma bu narazılıqlar əsaslı deyilsə, dərhal buna reaksiya verib, tənqidi mövqedən çıxış etmək düzgün olmazdı. 

Mayın 30-da parlamentdə çıxışımda da yol polisinə Avro Liqanın final oyunundan əvvəl və sonrakı günlərdə ictimai asayişi yüksək keyfiyyətdə qoruduqlarına görə təşəkkür etdim. Eyni zamanda qeyd etdim ki, Azərbaycan polisi ölkədə sabitliyin qorunmasında həmişə olduğu kimi profesional şəkildə bir daha bu işin öhdəsidən gəlməyə qadir olduqlarını sübut etdilər. Bir vətəndaş kimi arzu edirəm ki, ölkəmizdə ictimai-siyasi sabitlik olsun”.

Əsmər Qabil

OXŞAR XƏBƏRLƏR

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...