Vilayət Eyvazov: \"Narkotik cinayətlərinə görə 3 634 nəfər məhkəməyə verilib\"

Vilayət Eyvazov: \
Daxili İşlər Nazirliyində (DİN) axtarış işinin, müvəqqəti saxlama yerlərində xidmətin təşkili, orqan və hissələrdə qanunçuluğun təmini üzrə fəaliyyətin nəticələrinə həsr olunmuş onlayn formatda Kollegiya iclası keçirilib.

Sfera.az xəbər verir ki, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov öncə əməliyyat-xidməti fəaliyyətin nəticələrinə toxunaraq cari ilin 8 ayında cinayətlərin 85,3 faizinin açıldığını, qəsdən adam öldürmələrin, adam öldürməyə cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların, qrup halında və odlu silahın tətbiqi ilə törədilən hüquqazidd əməllərin ötən ilin 8 ayı ilə müqayisədə xeyli azaldığını, qanunsuz dövriyyədən 1 ton çox, yəni 2,5 tona yaxın narkotik vasitənin çıxarıldığını, bu cinayətlərə görə 3 634 nəfərin məhkəmə məsuliyyətinə cəlb edildiyini və başqa müsbət nəticələrin əldə edildiyini diqqətə çatdırıb. Eyni zamanda, kriminogen duruma təsiri, vətəndaş məmnunluğuna nail olunması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından Kollegiyanın müzakirəsinə çıxarılan hər üç məsələnin aktual olduğunu bildirib.

İclasın gündəliyi üzrə Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov və Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis polkovniki Elman Qasımov məruzə ilə çıxış edərək həyata keçirilən tədbirlərdən, əldə edilmiş nəticələrdən, eləcə də xidməti fəaliyyətdə mövcud olan çatışmazlıqlardan və onların aradan qaldırılması üzrə planlaşdırılan tədbirlərdən danışıblar.

Müzakirə olunan məsələlər ətrafında bır sıra ərazi orqanlarının rəisləri çıxış edərək görülmüş işlər və mövcud nöqsanların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Kollegiya iclasına yekun vuran general-polkovnik Vilayət Eyvazov hər üç məsələ ilə bağlı qarşıda duran vəzifələri müəyyən edərək konkret tapşırıqlar verib, həmçinin əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da qanunvericiliklə müəyyən edilmiş funksiyaları layiqincə həyata keçirəcək, ölkədə sabitliyin, əmin-amanlığın davamlılığının təmin edilməsi üçün qüvvə və bacarığını əsirgəməyəcək.

OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...