Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi

Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi
 Müasir dövrdə sosial şəbəkələrin həyatımızda əhəmiyyətli rol oynadığı danılmazdır. İnformasiya mənbələri içərisində bir çox kriteriyalar üzrə rəqib tanımayan sosial şəbəkələrə maraq isə günü-gündən artmaqdadır.
Bu barədə qurumun mətbuat xidmətindən Sfera.az-a bildirilib.
Verilən məlumata görə, dövrün tələb və çağırışlarına hər zaman adekvat reaksiyası ilə seçilən Daxili İşlər Nazirliyində də bu tendensiya nəzərdən qaçmamış və artıq uzun müddətdir ki, əhalinin məlumatlandırılmasında məhz sosial şəbəkələrin imkanlarından geniş istifadə edilir.
Daim ölkə ictimaiyyətinin diqqət mərkəzində olan və fəaliyyəti sosial şəbəkələr üzərindən daha çox izlənilən DYP xidməti haqqında informasiyanın əhali tərəfindən daha əlçatan olması üçün DİN rəhbərliyi bu dəfə "dyp.polisazerbaycan” adlı instagram səhifəsinin yaradılmasına göstəriş verib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istifadəsinə verilən "dyp.polisazerbaycan” instagram səhifəsi artıq bu gündən etibarən fəaliyyətə başlayıb.
Hörmətli sosial şəbəkə istifadəçiləri!
Böyük məmnunluq hissi ilə Sizləri, ölkəmizdə yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsinə, əhalinin yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilməsinə, yol hərəkəti təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə ictimaiyyətin daha geniş və çevik şəkildə məlumatlandırılmasına xidmət edəcək "dyp.polisazerbaycan” instagram səhifəsini izləməyə və aktiv iştirakçılığa dəvət edirik.

OXŞAR XƏBƏRLƏR

"Bandotdel" bu şəhərlərdə xüsusi əməliyyat keçirdi - Silahlı şəxslər saxlanıldı - FOTO

 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir...

Nazirliyin yüksək vəzifəli məmuru işdən çıxarıldı

 Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi - baş icra məmuru Nurəddin Mustafayev vəzifəsindən azad edilib. Sfera.az xəbər verir ki, N. Mustafayev ö...

Mikayıl Cabbarov “The Jerusalem Post”a məqalə yazdı: “İsraillə münasibətləri..."

  Azərbaycanla İsrailin münasibətləri möhkəm, dayanıqlı və perspektivlidir. Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri, Azərbaycan-İsrail ...

Eldar Həsənov necə “deşifrə” olub? – Yeni həbslər gözlənilir...

  Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun şübhəli şəxs qismində tutulmas...

Ermənistan xüsusi xidmət orqanlarına işləyənlərin məqsədləri - İki səbəb var

  "Uzun müddət orduda xidmət edən zabit kimi əminliklə deyirəm ki, rəhbər heyətin heç bir iclasında zabitlərin təhqir olunduğunu görməmişəm”. Bunu "...

Elmar Məmmədyarovdan ölkədən çıxışı ilə bağlı AÇIQLAMA

  Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı məlumat yayılıb. Unikal.org-a açıqlama verə...