Videosu yayılan uşağın anası danışdı: \"Dayənin uşağımı döyməsindən xəbərim var\"

Videosu yayılan uşağın anası danışdı: \
"Həmin videoda nə döyülmə, nə də şiddət yoxdur. O videonu çəkən şəxs dayənin üstünə hücum edir, o da özünü itirir. Sübut eləsinlər ki, həqiqətən mənim uşağımı döyüblər, görüntülər atsınlar!”

Bunu küçədə dayəsi tərəfindən döyüldüyü iddia olunan uşağın anası İlahə Xəlilova bildirib. O, ötən gündən bəri sosial şəbəkələrdə yayılan görüntülərin həqiqətə uyğun olmadığını, hansısa blogerin özünü reklam eləmək üçün belə informasiya yaydığını iddia edib: 
 
"Mən bununla bağlı polisə də, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinə də müraciət eləmişəm. İndi də Baş Prokurorluğa gedirəm, müraciət edəcəyəm ki, bununla bağlı cinayət işi açılsın. Əgər cinayəti sübut edəcək fakt varsa, ortaya qoyulsun. Yoxdursa, kim dezinformasiya ilə məşğuldursa, onlar məsuliyyət daşıyırlar. Və qanun qarşısında cavab verəcəklər. Həmin blogeri də, saytları da məhkəməyə verəcəyik”. 

Anaya eyni zamanda sosial şəbəkələrdə ona məxsus olduğu deyilən səs yazısı ilə bağlı da sual verdik. İlahə Xəlilova "Dayənin uşağımı döyməsindən xəbərim var, övladım idarəolunmazdır, lazım olanda döyür” sözlərinin ona aid olub-olmaması ilə bağlı sualı belə cavablandırıb: 

"Mən heç kimə hesabat vermirəm. Uşaq idarəolunandır və ya idarəolunmazdır. Bunu hüquq-mühafizə orqanları qarşısında göstərəcəyəm və onlara nə lazımdırsa, cavab verəcəyəm. Yayılan məlumatlar səhvdir. Zəng edib məni şantaj edirlər, qorxudurlar ki, heç kimə şikayət etməyim. Bilmirəm bu nə oyundur. Mən vəzifəli şəxs deyiləm, nazir, deputat və ya aktrisa, müğənni deyiləm. Bunu edən kimdirsə, özünü reklam edir. 

Həmin dayə 4 ildir uşağıma baxır, evdə kameralar da var. Bundan əlavə, evdə valideynlərim də var, heç vaxt belə halla qarşılaşmamışıq. Artıq hüquq-mühafizə orqanlarına da müraciət etmişik. Əgər həqiqətən dayə uşağımı döyübsə, sübut eləsinlər”. 

Xatırladaq ki, videonu çəkən qadın hadisənin Üzeyir Hacıbəyov küçəsində qeydə alındığını bildirib. Onun sözlərinə görə, 3-4 yaşlı oğlan uşaq arabasından düşüb gəzmək istəsə də, dayə buna icazə verməyib. Qadın müdaxilə etmək istəyən zaman isə dayə uşağı döydüyü oyuncaq vasitəsilə onu da vurub.
Artıq məsələ ilə bağlı Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb. // "Qafqazinfo"

OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...