\"Videoformatlı qəbullar davam etməkdədir” - Millət vəkili Şahin Seyidzadə

\

"50 saylı Abşeron-Qobustan seçki dairəsindən olan müraciətlər əsasında videoformatlı qəbullar davam etməkdədir”.


Sfera.az xəbər verir ki, bu haqda millət vəkili Şahin Seyidzadə məlumat verib:

 

 

"Bu gün Abşeron (Saray qəsəbəsi) və Qobustan rayonlarından (Cəmcəmli, Poladlı, Təklə, Təsi və Xilmilli kəndləri) məşğulluq, infrastruktur, sosialtəminat, hüquq kimi sahələr üzrə 7 seçicimizlə videoqəbul keçirdik. Səsləndirilən bütün müraciətlər barədə məlumatlar emal edilərək icra prosesinin növbəti addımları tərtib edilməkdədir”.


OXŞAR XƏBƏRLƏR