Vəziyyət çox pisləşə bilər, odur ki... - Azərbaycanlı həkimdən KORONAVİRUS XƏBƏRDARLIĞI

Vəziyyət çox pisləşə bilər, odur ki... - Azərbaycanlı həkimdən KORONAVİRUS XƏBƏRDARLIĞI
Azərbaycanda COVID-19-a yoluxma sayı son günlərdə artmağa davam edir. Karantin rejiminin yumşaldılması yoluxma sayının artmasına səbəb oldu. Əvvəlki sərt karantin rejimləri ərəfəsində də bu tendensiya hiss olunurdu.

Sfera.az xəbər verir ki, bu sözləri açıqlamasında infeksionist Mərdan Əliyev deyib. Həkim bildirib ki, karantin tədbirləri sərtləşdirilməsə, dekabrdakı göstəricilərə dönə bilərik:

"Qarşıdan Novruz bayramı gəlir, insanların bayramlaşmaq ənənəsini nəzərə alsaq, vəziyyət kritik hal ala bilər. Vaksinasiya işləri hələ tamamlanmayıb, havalar isinməyib, odur ki, pandemiya bu bayramda insanları bir-birindən "uzaqlaşdırmağa" davam edəcək. Bayram ərəfəsində müəyyən məhdudiyyətlər tətbiq oluna bilər. Bu tendensiya təkcə Azərbaycanda yox, digər ölkələrdə də müşahidə olunmaqdadır".

M.Əliyev qeyd edib ki, insanlar məsuliyyət hissini itirməməlidir, 3 əsas qaydaya ciddi şəkildə əməl etməliyik:

"Qaydalar sadədir, mütləq şəkildə sosial məsafəni gözləməli və maska taxmalıyıq. Gigiyena qaydalarını da gözləməliyik. Hesab edirəm ki, bu bayramda vəziyyəti nəzarətdə saxlaya bilsək, sonrakı mərhələləri daha rahat aşa biləcəyik".//publika.az

OXŞAR XƏBƏRLƏR

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...