Vəzirovun tabutu başında ağlayan qadın kim idi? - VİDEO

Vəzirovun tabutu başında ağlayan qadın kim idi? - VİDEO
1988-1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş Əbdürrəhman Vəzirov ötən gün Moskvanın Troyekurovskoye qəbiristanlığında torpağa tapşırılıb. Onunla vida mərasimindən çəkilmiş foto və videolarla bağlı sosial şəbəkələrdə açılan müzakirələr bitmək bilmir.

Bu müzakirələrdə ən çox səsləndirilən "Vəzirov niyə müsəlman dininin tələblərinə uyğun kəfənlənməyib, tabuta üzüaçıq qoyulub…” sualıdır. Maraqlıdır ki, meyit şəriət qaydasının əksinə olaraq, tabuta üzüaçıq yerləşdirilsə də, vida mərasimində "Yasin” oxunur. Bu isə Vəzirovun müsəlmanlıqdan çıxdığı barədə iddiaları inkar edir.

Dünənki vida mərasimindən çəkilən şəkillərdə bir dəqqətçəkən məqam da var: Vəzirovun tabutuna doğru əyilən, onun başını sığallayan qadın…

Sosial şəbəkələrdə o qadının kimliyi də müzakirə mövzusu olub. Bilməyənlər hətta onun Vəzirovun xanımı olduğunu iddia edib. Halbuki, mərhumun həyat yoldaşı İrina Vəzirova dünyasını çoxdan dəyişib. Bəs o qadın kim idi?

Sfera.az xəbər verir ki, Vəzirovla vida mərasimindən çəkilən şəkillərdə mərhumun cənazəsi başında ağlayan həmin qadın onun bacısı Bəyaz Vəzirovadır.

İxtisasca musiqi müəllimi olan Bəyaz xanım Rusiyada yaşayan məşhur bakılı Timur Vaynşteynin anası, Asəf Zeynallı adına Musiqi Texnikumunda müəllim işləmiş mərhum bəstəkar Leonid Vaynşteynin (1945-1994) həyat yoldaşıdır.

Leonid və Timur Vaynşteynlər milliyyətcə yəhudi olsalar da, Azərbaycana bağlı insanlar kimi tanınıblar.

Ədürrəhman Vəzirovun yuxarıda adı çəkilən bacısı oğlu Timur Vaynşteyn vaxtilə "Parni iz Baku” Şən və Hazırcavablar Komandasının rəhbəri olub.

Timur Vaynşteyn hazırda Rusiyanın  NTV Telekompaniyasının baş direktorunun müavini və baş prodüseridir.

Qeyd edək ki, Timur Vaynşteyn də dünənki vida mərasimində anasını müşayiət edib. Vəzirovun tabutuna doğru əyilən qadının – anasının arxasında dayanan odur.

Əbdürrəhman Vəzirov ötən gün Moskvanın Troyekurovskoye qəbiristanlığında öz vəsiyyətinə uyğun olaraq mərhum arvadı - milliyyətcə rus İrina Vəzirovanın yanında torpağa tapşırılıb. Onların Eldar adlı bir oğlu var.
 
(modern.az)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Cəlilabad sakini su quyusu qazdı, neft çıxdı - VİDEO

Cəlilabad rayonunun Xanəgah kənd sakininin həyətyanı sahəsində qazdığı artezian su quyusundan neft çıxıb. 50 metrlik bu quyudan sonra kənd sakini Cəbrayıl...

Vəzirovun tabutu başında ağlayan qadın kim idi? - VİDEO

1988-1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş Əbdürrəhman Vəzirov ötən gün Moskvanın Troyekurovskoye qəbiristanlığında torpağa tapşırılıb. Onunla vida mərasi...

Azərbaycan hərbçiləri Qaragöldə buz üstündə əyləndilər - VİDEO

Azərbaycan hərbçilərinin maraqlı görüntüləri yayılıb. Hərbçilər Laçın rayonu ərazisində yerləşən Qaragöldə buzun üzərində sürüşüblər. Həmin görüntül...

Bakıda şagirdləri döyməkdə adı hallanan direktor kimdir? - VİDEO

Bakıda müəllimlərdən birinin şagirdləri döyməsini əks etdirən görüntülər yayılıb. Sfera.az  xəbər verir ki, həmin görüntülərin 9 saylı tam orta məktə...

Azərbaycanlı döyüşçü Rafael Fiziyev milliyyəti ilə bağlı sualı cavablandırdı - VİDEO

Azərbaycanlı tanınmış MMA döyüşçüsü Rafael Fiziyev UFC jurnalisti Ariel Helvaniyə müsahibə verib. Sfera.az bildirir ki, "Ataman” ləqəbli idmançı milliyyət...

Putin Azərbaycan atalar sözünü dedi - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş "Prezident. Təkrarsız diplomatiya" filmindəki müsahibəsin...