Vəzifəsindən azad olunan nazir müavinləri hazırda nə işlə məşğuldurlar? – ARAŞDIRMA

Vəzifəsindən azad olunan nazir müavinləri hazırda nə işlə məşğuldurlar? – ARAŞDIRMA
2021-ci ildə Azərbaycanda 3 nazir müavini vəzifəsindən azad olunub. Bunlarda ikisi Gənclər və İdman Nazirliyinin, biri isə Xarici İşlər Nazirliyinin payına düşüb.

Sfera.az  xəbər verir ki, ötən il nazir müavinlərindən vəzifədən ilk azad olunan şəxs Xarici işlər nazirinin müavini Ramiz Həsənov olub. Belə ki, aprelin 29-da Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunub.

O, XİN-dən öncə 2008-2018-ci illər aralığında Standartlaşdırma, Metereologiya və Patent üzrə Dövlət Komitəsinə rəhbərlik edib. 

Qeyd edək ki, Ramiz Həsənov hal-hazırda Azərbaycanın İspaniyadakı səfiri kimi fəaliyyət göstərir.

2021-ci ildə vəzifəsini itirən növbəti nazir müavinləri isə eyni taleyi, eyni gündə yaşayıblar. Belə ki, Gənclər və İdman Nazirinin müavinləri İsmayıl İsmayılov və İntiqam Babayev noyabrın 29-da Prezidentin müvafiq sərəncamları ilə vəzifələrindən azad olunublar.

İntiqam Babayev mərhum nazir Azad Rəhimovun vəfatından sonra onun vəzifələrini icra edirdi. 

İntiqam Babayevin istefasından sonra, mətbuat tərəfindən aparılan araşdıramalarda, eks nazir müavinin ayrı-ayrı vaxtlarda tenderlər çərçivəsində qanunsuzluqlara yol verdiyi ilə bağlı məlumatlar qeyd olunub. Belə ki, onun müxətlif yollarla dövlət vəsaitlərini istiqamətləri üzrə xərcləmədiyi, gənclər üçün ayrılan dövlət mükafatlarını layiq olmayan şəxslərə təqdim etdiyi bildirilir.

İntiqam Babayevin hal-hazırda hansı işlə məşğul olduğunu öyrənmək üçün onunla əlaqə saxlamağa çalışsaq da, eks nazir müavini zənglərimizə cavab verməyib.

İntiqam Babayevlə eyni gündə vəzifəsini itirən İsmayıl İsmayılovun haqqında da xoşagəlməz iddialar səsləndirilib. Sabiq nazir müavinin oğlu Elvin İsmayılovun böyük biznes şəbəkəsini idarə etdiyi əsas iddialar arasındadır. Belə ki, Elvin İsmayılov haqqında araşdırma aparan jurnalist Cavanşir Həsənli onun "Qəbələ Atçılıq klubu” MMC-yə rəhbərlik etdiyini qeyd edib.

Keçmiş nazir müavinin oğlunun "Gilan İnşaat” MMC-nin qanuni təmsilçisi olduğu, "Qəbələ Sport Store”a rəhbərlik etdiyi də həmin araşdırmada öz əksini tapmayıb.

Lakin İsmayıl İsmayılovun da hal-hazırda hansı fəaliyyətlə məşğul olduğunu öyrənə bilmədik. Belə ki, o da İntiqam Babayev kimi zəngələrimizə cavab verməyib.

2021-ci ildə müavinlik statusu ilə vidalaşan məmurlardan biri də təhsil nazirinin müavini Məhəbbət Vəliyeva olub. O, 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi. Daha sonra M. Vəliyevanın hicab taxdığına görə nazirlikdəki vəzifəsindən uzaqlaşdırıldığı haqda iddialar yayılıb. Amma nazirliyin rəsmi məlumatında buna dair xəbər təkzib edilib və Vəliyevanın səhhəti ilə əlaqədar öz vəzifəsindən getdiyi bildirilib.

Əldə etdiyimiz məlumata görə, hazırda Məhəbbət Vəliyeva dünyagirlikdən uzaqlaşaraq bağ evində yaşayır və ibadətlə məşğuldur.
 
(bizim.media)

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...